İnam Kərimov dörd əsas fəaliyyət prinsipini açıqladı

İnam Kərimov dörd əsas fəaliyyət prinsipini açıqladı
18 Dek 2018 10:12


Fermerlərin yetişdirdikləri məhsul əllərində qalmayacaq.

Realpress.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov bir neçə gün öncə dövlət başçısının fərmanı ilə yeni təsis edilən “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə bağlı danışarkən deyib.

Nazir bildirib ki, cəmiyyət öz fəaliyyətini dörd əsas istiqamət üzrə quracaq.

Nazir əlavə ki, fərman ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmağı, dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınmasının sistemliliyini təmin edəcək:

“Cənab prezidentin qarşımıza qoyduğu vəzifələrin icrası üçün fəaliyyətimizdə dörd əsas prinsipə əsaslanacağıq:

- aşağı qiymət və dövlət vəsaitinə qənaət etmək;

- keyfiyyətli məhsul istehsalı və təhlükəsiz qida ilə təminat;

- ədalətli rəqabət və yerli məhsul istehsalına dəstək;

- çevik və şəffaf idarəetmənin təşkili.

Əsas funksiyalardan biri də yerli təchizatla yanaşı, ixraca dəstək göstərməkdir. Bu məsələdə gələn ilin yanvar ayında istifadəyə veriləcək elektron kənd təsərrüfatı sistemi əhəmiyyətli rol oynayacaq.

Fermerlərin sata bilmədikləri məhsulların dövlət ehtiyacları və digər məqsədlər üçün alımı prosesi daha təkmil şəkildə həyata keçiriləcək.

“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin tam fəaliyyətə başlaması nəticəsində kənd təsərrüfatı məhsullarının ixrac potensialının artacağı gözlənilir.

Eyni zamanda, nazir “Kənddən şəhərə” layihəsinin də fermerlərin məhsullarının alıcı tapmasına yönəldiyini qeyd edib.

Onun sözlərinə görə, ölkədə əkin proseslərinin əvvəlcədən planlaşdırılmasına başlanacaq və bu da sonradan satışdakı problemlərin aradan qaldırılmasına imkan verəcək.  


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.