Robot manipulyator sağlamlıq imkanları məhdud insanları çəngəllə yedizdirir

Robot manipulyator sağlamlıq imkanları məhdud insanları çəngəllə yedizdirir
19 Dek 2018 12:00

Vaşinqton Universitetinin mühəndisləri əl hərəkəti pozuntulu insanları müstəqil şəkildə yedizdirəcək robotlaşdırılmış sistem üçün alqoritm hazırlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, alimlərin “NeurIPS 2018” konfransında etdikləri məruzələrdə bildirilib ki, yemək zamanı insanların ərzaqlarla necə davranmasını anlamaq və robotları bu hərəkətlərə adaptasiya etmək üçün mütəxəssislər tədqiqat iştirakçılarından manekeni yedizdirməyi xahiş ediblər. Toxunuşla hiss edilən siqnalların və hərəkət göstəricilərinin toplanan analizi “Kinova JACO” robotlaşdırılmış manipulyatoru üçün alqoritm yaratmağa kömək edib. Əlil kreslosuna bərkidilən robot tutma qabiliyyətinə malik manipulyator və daxili kamera ilə təchiz edilib. Ötürücülərə malik idarəetmə bloku robotun çəngəli götürərək meyvə və ya tərəvəzlərə batırması və insan ağzına yaxınlaşması zamanı işinə nəzarət edir.

Mütəxəssislər qeyd edir ki, robotun hərəkət alqoritmi onun hansı yeməklə işləməli olduğundan asılıdır. Təqdimatda robot çəngəli tərəvəz və ya meyvəyə batırması üçün proqramlaşdırılıb. Bununla yanaşı, manipulyatorun hərəkətləri konkret ərzaq növündən asılı olur: yumşaq və bərk meyvələri robot müxtəlif baxış bucağından batırır. Həmçinin robot yemək tikəsi çox böyük olanda və ya düzgün formalı olmayanda qidanı operatorun ağzına rahat baxış bucağından yaxınlaşdırır.

Realpress.az


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.