Turizm şirkətləri kateqoriyalara bölünəcək

Turizm şirkətləri kateqoriyalara bölünəcək
20 Dek 2018 09:37

Azərbaycanda turizm şirkətləri A, B, C və s. kateqoriyalara bölünəcək.

Realpress.az xəbər verir ki, bunu Trend-ə Dövlət Turizm Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə deyib.

Şirkətlərin kateqoriyalaşdırılmasını vacib sayan K.Quluzadənin sözlərinə görə, kateqoriyalar şirkətlərin göstərdikləri xidmətlərin sayına, çeşidlərinə uyğun müəyyənləşdiriləcək:
 "Elə turizm şirkəti var ki, onun fəaliyyət növləri, işçilərinin sayı çoxdur. Onların əlavə olaraq, hotel, nəqliyyat, bələdçi xidmətləri göstərmək imkanları var. Hansı şirkətin xidmətlərinin sayı, çeşidləri genişdirsə, o, daha üstün kateqoriya əldə edəcək. Amma elə şirkət var ki, az sayda işçi ilə fəaliyyət göstərir, onların hotel və s. sahə üzrə xidmət göstərmək imkanları yoxdur. Buna baxmayaraq, imkanları məhdud olan şirkət də kateqoriya alacaq".

Kateqoriyalaşmanı həm şirkətlər, həm də turistlər üçün olduqca əhəmiyyətli sayan K.Quluzadə hesab edir ki, bu proses şirkətləri inkişafa stimullaşdıra, rəqabətin sağlam aparılmasına yardım edə bilər. Kateqoriyalaşdırma öz növbəsində turistlərin keyfiyyətli xidmət almasına kömək edər.

Şöbə rəhbəri qeyd edib ki, aldıqları kateqoriyadan asılı olmayaraq, bütün şirkətlərin Turizm Reyestrinə daxil edilməsi nəzərdə tutulur: "Reyestr hamı üçün açıq olacaq. Müştəri həmin reyestrə baxdıqda öz büdcəsinə uyğun gələn xidmətləri seçə və həmin xidmətləri göstərə bilən şirkətlərə sifarişlərini verə biləcək".




16 May 2019
Turizm

Bakı Aeroportunun UEFA Avropa Liqası finalına hazırlığı

Bakı Aeroportunun UEFA Avropa Liqası finalına hazırlığı

15 May 2019
Turizm

Turistlər bir viza ilə ölkəmizə istədikləri qədər səfər edə biləcək

Yaxın vaxtlarda Azərbaycana gələn turistlərə çoxgirişli vizalar veriləcək.

8 Apr 2019
Turizm

Turizm obyektləri ilə bağlı MÜHÜM TƏLƏB

Azərbaycanda bəzi turizm və rekreasiya obyektlərinin layihələndirilməsi zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi tələb ediləcək.