Dövlət İmtahan Mərkəzi (DİM) Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseydə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) və ali təhsil müəssisələrinə qəbul imtahanlarında tətbiq ediləcək yeni qaydalar və modellər haqqında Azərbaycan dili, riyaziyyat, ingilis, fransız, rus dili fənləri üzrə elmi‑metodik seminarlar və kimya fənni üzrə yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursu təşkil edib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, seminarlarda Lənkəran şəhəri, Astara, Biləsuvar, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarının müvafiq fənn müəllimləri, metodistlər iştirak ediblər.
Seminarların əvvəlində DİM-in şöbə müdiri Afiqə Batıyeva buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni qaydalarından və tətbiq ediləcək modellərindən danışıb.
Azərbaycan dili fənni üzrə seminarda Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin müəllimi Saməddin İbrahimov, riyaziyyat fənni üzrə seminarda Bakı Dövlət Universitetinin (BDU) dosenti İmran Abdullayev, Gənc İstedadlar Liseyinin müəllimi Aqşin Abdullayev, ingilis dili fənni üzrə seminarda Bakı şəhəri 115 nömrəli tam orta məktəbin müəllimi Şəhla Musayeva, fransız dili fənni üzrə seminarda Azərbaycan Dillər Universitetinin professoru Çəmən Babaxanova, Azərbaycan Dillər Universitetinin dosenti Rəfiqə İsayeva, rus dili fənni üzrə seminarda isə Azərbaycan Turizm və Menecment Universitetinin baş müəllimi Afət Mürsəliyeva buraxılış və qəbul imtahanları proqramları, tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında məlumat veriblər.
Kimya fənni üzrə moderator, BDU-nun professoru Xəlil Nağıyev müvafiq fənn kurikulumu və imtahanlarda mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlar, onları reallaşdıran mövzular, yeni tipli qiymətləndirmə vasitələrinin formaları, məzmunu və onların qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı təqdimatla çıxış edib.
Təqdimatlar ətrafında müzakirələr aparılıb. Seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Realpress.az
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.
Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.
Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.