BDU-nun tələbəsi niyə öldürüldü? - Yeni məqam üzə çıxdı

BDU-nun tələbəsi niyə öldürüldü? - Yeni məqam üzə çıxdı
13 Fev 2019 16:31

Dünən axşam saatlarında Şirvan şəhərində baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Realpress.az Publika-ya istinadən xəbər verir ki, Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin I kurs tələbəsi Rəşad Fətullayevin qız üstündə düşən mübahisə zəminində öldürüldüyü məlum olub.

Bildirilir ki, qış tətili ilə əlaqədar doğulduğu şəhərdə olan 18 yaşlı Rəşad sevdiyi qızı narahat edən 2001-ci il təvəllüdlü Adıgözəlov Amil Mahir oğlu ilə söhbət edərək məsələni aydınlaşdırmaq istəyib. Bu zaman həmyaşıdlar arasında mübahisə yaranıb və əslən Sabirabad rayonundan olan və Şirvanda kirayə yaşayan Amil bıçaqla Rəşada ağır xəsarət yetirib. Universitet tələbəsi aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı Şirvan şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.