Prezident evi uçan qadınla bağlı tapşırıq verdi (VİDEO)

Prezident evi uçan qadınla bağlı tapşırıq verdi (VİDEO)
14 Fev 2019 08:48

Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Beyləqan Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib.

 Sonra Prezident İlham Əliyev muzeyin yerləşdiyi parkda istirahət edən rayon sakinləri ilə görüşdü.

 Qadın sakin: Cənab Prezident, imkanım yoxdur, evim uçub, mənə kömək edin.
 Prezident İlham Əliyev: Ev niyə uçub? Bu, bina evidir, yoxsa...?
 Qadın sakin: Köhnə hökumət evidir, 35-37-ci illərdə tikilib. Başına dönüm, Allah köməyin olsun, Allah canını sağ eləsin. Allah Sizi başımızın üstündən əskik etməsin.
 Prezident İlham Əliyev: Biz onu həll edəcəyik, 36 mənzilli ev tikiləcək, bu gün Sərəncam imzalanacaq, oradan sizə də ev veriləcək. İcra başçısına da tapşırıram ki, nəzarət etsin.

 Qadın sakin: Çox sağ ol, cənab Prezident.

Realpress.az


26 Apr 2024
Siyasət

Prezident: “Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır”

“Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir”.

26 Apr 2024
Siyasət

Prezident: “Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir”

“Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq”.

26 Apr 2024
Siyasət

Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”

“Faydalı qazıntı ilə zəngin ölkə olaraq Azərbaycan OPEC+ platformasının üzvüdür və bu da əlavə üstünlük verir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”

“Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək”.