Bu simptomlar zəif ürəyə işarə edir

Bu simptomlar zəif ürəyə işarə edir
14 Fev 2019 09:19

Bir çox hallarda ürək xəstəlikləri gizli inkişaf edir. Bu çox təhlükəlidir.

Bəzən hətta cavan insanlar ani ürək ölümünün qurbanı olur. Ürəyin zəifləməsinə işarə edən simptomlar bunlardır:

- Sinədə ağrılar

Ağrı qola, çiyinlərə, aşağı çənəyə də "vura" bilər. Sinədə ağrılar sizi tez-tez narahat edirsə vaxt itirmədən həkimə müraciət edin.

- Adi fiziki aktivlik zamanı təngənəfəslik

Piyada gedəndə, pilləkənlə qalxanda, adi ev işləri görəndə təngənəfəs olursunuzsa,  bu ürəyin zəifləməsinə işarə edir.

- Yuxusuzluq və yorğunluq

Özünüzü daim yorğun hiss edirsiniz, tez yorulursunuzsa, yuxusuzluq sizi narahat edirsə, gecə tez-tez oyanırsınızsa, bu ciddi ürək problemlərinə işarə edən simptomlar ola bilər.

Saglamolun.az bildirir ki, mütəxəssislərin müşahidələrinə görə, ürək tutması və ya infarktdan 1 həftə əvvəl onların pasiyentləri güclü yorğunluq hiss edirdi və bu yorğunluq hətta dincələndən sonra azalmırdı.

-  Soyuq tər

Bu simptom də ürək fəaliyyətinin zəifləməsinə işarə edir.

- Ayaqların şişməsi

Ürəyin fəaliyyəti zəifləyəndə qan dövranı pozulur və bu da şişkinliyə gətirib çıxardır.

- Başgicəllənməsi və ürək döyünməsinin artması

- Keçməyə öskürək

Ürəyin fəaliyyəti pozusolgun deri, landa maye agciyərdə yığılmağa başlayır ki, nəticədə üzücü, heç bir müalicəyə tabe olmayan öskürək inkişaf edir.

- Solğun dəri

Dərinizin rəngi dəyişilib və solğunlaşıbsa, bu ürək problemlərinə işarədir.

Əgər sizdə bu simptomlardan bir neçəsi varsa, mütləq həkimə müraciət edin.

Realpress.az


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.