Azərbaycanda Vergi Ombudsmanı institutu yaradılacaq

Azərbaycanda Vergi Ombudsmanı institutu yaradılacaq
14 Fev 2019 12:18

Vergilər Nazirliyində 2018-ci ilin yekunlarına və 2019-cu ildə vergi orqanları qarşısında duran vəzifələrə həsr edilmiş geniş tərkibli kollegiya iclası keçirilib.

Qurumun mətbuat xidmətindən Realpress.az-a verilən xəbərə görə, iclasda çıxış edən vergilər naziri Mikayıl Cabbarov vergi işçilərini peşə bayramı münasibətilə təbrik edərək, nazirliyin fəaliyyətinin təkcə fiskal funksiyalarla məhdudlaşmadığını, vergi xidmətinin iqtisadiyyatın dövlət tənzimlənməsində mühüm rol oynadığını və onun sahibkarlığın inkişafında səmərəli bir tənzimləmə aləti olduğunu vurğulayıb. 2018-ci ilin yeni vəzifələrin və iş prinsiplərinin icrası və tətbiqi baxımından çox əhəmiyyətli dövr olduğunu deyən nazir ötən il vergi sistemində struktur və kadr islahatlarının aparıldığını, inzibatçılıqda yeni prinsiplərin tətbiq edildiyini, qanunvericiliyin təkmilləşdirildiyini diqqətə çatdırıb. 

Sonra vergilər nazirinin müavini İlkin Vəliyev və nazirliyin departament rəhbərləri 2018-ci ildə görülmüş işlər, qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək istiqamətində həyata keçiriləcək tədbirlər barədə məlumat veriblər. Qeyd edilib ki, ötən il vergi daxilolmaları 7 milyard 415 milyon manat təşkil etməklə nəzərdə tutulmuş proqnoz tapşırıqları tam icra edilib, qeyri-neft sektorundan daxilolmalar əvvəlki ilə nisbətən artıb, regionların inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası nəticəsində regionlar üzrə proqnoz tapşırıqlarına 114 faiz əməl edilib. Dövlət büdcəsinə artıq ödəmələrin həcmi il ərzində 503,7 milyon manat və ya 21,4 faiz azaldılıb. Vergi yoxlamalarının sayının əvvəlki ilə nisbətən 3,4 dəfə azaldılmasına baxmayaraq, risklərin idarə edilməsi sistemi əsasında bir yoxlamaya düşən hesablamada 2 dəfəyədək artım qeydə alınıb. 

Vergi ödəyicilərinin hüquq və qanuni mənafelərinin daha etibarlı şəkildə müdafiə edilməsinin, vergi apelyasiya sisteminin təkmilləşdirilməsininin vacibliyini xüsusi olaraq vurğulayan nazir bildirib ki, sahibkarların hüquqlarını qoruyan yeni və daha effektiv mexanizmlərin yaradılması istiqamətində araşdırmalar aparılıb və inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsi əsas götürülərək Azərbaycanda Vergi Ombudsmanı institutunun yaradılması qərara alınıb. Vergi inzibatçılığının rəqəmsallaşdırılması prosesinin davam etdiriləcəyi, vergi xidmətləri və vergi nəzarətində yeni innovativ texnologiyaların tətbiqi istiqamətində tədbirlərin daha da genişləndiriləcəyini qeyd edən M.Cabbarov vergi əməkdaşlarının, xüsusilə audit sahəsində çalışanların bilik və bacarıqlarının artırılması, fəaliyyətinin qiymətləndirilməsi üçün yeni mexanizmin həyata keçirilməsinin vacibliyini də diqqətə çatdırıb. 

Sonda vergilər naziri Mikayıl Cabbarov 2019-cu ildə vergi orqanları qarşısında duran vəzifələrin icrasının təmin edilməsi, vergi orqanlarının fəaliyyətinin müasir tələblərə cavab verən səviyyədə qurulması, nazirliyin bütün struktur vahidlərinin və bölmələrinin mövcud potensialının bu vəzifələrin icrasına səfərbər edilməsi ilə bağlı konkret tapşırıqlar verib. 


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.