Arvadını döyən dünya çempionu həbs edildi

Arvadını döyən dünya çempionu həbs edildi
15 Fev 2019 14:41


Azərbaycanın kikboks üzrə dörd qat dünya çempionu Anar Süleymanov həbs olunub.

Bu barədə “Qafqazinfo” məlumat yayıb.

A.Süleymanov arvadı Ş.-nı döyməkdə ittiham olunur. İttihama görə, idmançı 2018-ci il noyabrın 5-də Nərimanov rayonunda yaşadığı evdə arvadını döyüb. Əvvəllər tələbəsi olmuş həyat yoldaşı da kikboks üzrə dünya çempionudur. 

Xanım polisə izahatında göstərib ki, A.Süleymanovla cəmi iki ay evli olub:

“Həmin müddət ərzində də məni qapalı yerdə saxlayıb, dəfələrlə döyüb. Məni boğaraq dilimi ağzımdan çıxarıb öldürmək istəyirdi. Sonuncu dəfə döyüldükdən sonra qayınanamın evdə olmasından istifadə edib qapını açıb qaçaraq atam evinə qayıtdım. Lakin Anar məni və ailə üzvlərimi ölümlə hədələyirdi. Evli olduğumuz vaxt mənə deyirdi ki, “kriminal aləmin üzvləriyik, biz heç kimdən qorxmuruq”. Üzümə yumruqla vururdu, saçımdan tutub evdə sürüyürdü, təpikləyirdi”. 

Zərərçəkmiş Ş. 17-ci Polis Bölməsinə şikayət edib və A.Süleymanov barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə protokol tərtib olunub. Nərimanov rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov protokol üzrə qərarını elan edib və A.Süleymanov fevralın 13-dən etibarən 20 gün müddətinə inzibati qaydada həbs olunub. 

A.Süleymanov Azərbaycan Kikboks Federasiyasının qızlardan ibarət milli komandanın baş məşqçisi olub.

6 May 2024
İdman

Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq

Mayın 9-12-də Serbiyanın Novi Sad şəhərində keçiriləcək sambo üzrə böyüklər, gənclər və yeniyetmələr arasında Avropa çempionatı və birinciliklərində Azərbaycan 22 idmançı ilə təmsil olunacaq.

6 May 2024
İdman

Azərbaycan idmançıları Rusiyada üzgüçülük üzrə turnirdə doqquz medal qazanıblar

Azərbaycan üzgüçüləri Rusiyada Universitetlər arasında keçirilən “Rektor Kuboku” yarışlarında yüksək nəticələr göstəriblər.

6 May 2024
İdman

Azərbaycan komandası Bakıda keçirilən Avropa kubokunda bürünc medal qazanıb

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Avropa kubokunda bürünc medal qazanıb.

6 May 2024
İdman

Futzal üzrə Çempionlar Liqasının qalibi müəyyənləşib

Futzal üzrə Çempionlar Liqasının 2023/2024 mövsümünün qalibi müəyyənləşib.