ƏDV-nin qaytarılması üçün yeni kassalar quraşdırılır

ƏDV-nin qaytarılması üçün yeni kassalar quraşdırılır
16 Fev 2019 08:48


Ticarət müəssisələrində yeni nəsil kassa aparatlarının quraşdırılmasına başlanılıb və yaxın zamanlarda bu proses başa çatdıqdan sonra vergi yoxlamalarına ehtiyac qalmayacaq. Bu, həm də istehlakçılar tərəfindən pərakəndə ticarət şəbəkələrindən və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılmasına imkan verəcək.

Realpress.az xəbər verir ki, artıq bir neçə yanacaqdoldurma məntəqəsində real vaxt rejimində işləyən kassa aparatları quraşdırılıb.

Yəni kassa aparatına çek vurulan zaman həmin göstəricilər Vergilər Nazirliyinin bazasında görünür. Hələlik aparatlar test rejimində çalışır və onların kütləvi şəkildə istifadəsi zamanı hansı sorğuların ortaya çıxacağı araşdırılır.

Vergilər nazirinin müavini Sahib Ələkbərovun sözlərinə görə, ƏDV-nin geri qaytarılması yeni kassa aparatları quraşdırılan yerdəki əməliyyatlar zamanı mümkün olacaq.

“Ümid edirik ki, həm alıcılarımız, həm satıcılar bunda maraqlı olduqlarından nəzarət kassalarının tətbiqinə tez başlayacaqlar”, - deyə nazir müavini vurğulayıb.

Onun sözlərinə görə, alıcılar post-terminal vasitəsilə ödəniş aparanda ƏDV-nin 15 faizi, nəzarət kassa aparatından ödəniş etdikdə isə 10 faizi onların hesabına geri qayıdacaq.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.