Məktəb direktorunu döyən aktyora cinayət işi açıldı - həbs oluna bilər

Məktəb direktorunu döyən aktyora cinayət işi açıldı - həbs oluna bilər
18 Fev 2019 10:09

Məktəb direktorunu döyən “Drakon” ləqəbli aktyor Rza Rzayevə cinayət işi açılıb.

Realpress.az Musavat.com-a istinadən xəbər verir ki, Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində aparılan araşdırmadan sonra Rza Rzayevə Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxsin əməli sübuta yetirilərsə, onu üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

İş baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, Rza Rzayevin bacısı oğlu Toğrul İbrahimli barəsində də cinayət işi başlanılıb. Cinayət Məcəlləsinin 221.2.3 maddəsi ilə şübhəli bilinən Toğrul İbrahimli dayısı ilə birgə direktora hücum edib.

Xatırladaq ki, aktyor Rza Rzayevlə 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev arasında uzun müddətdir davam edən qalmaqal sonradan əlbəyaxa dava ilə nəticələnmişdi.

26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.