Sasseks Universitetində “Emergent Photonics Lab” (EPic Lab) laboratoriyasının alimləri GPS texnologiyasına əvəzetmə kimi lazer şüalanması əsasında işləyən atom saatından istifadə ediblər.
“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, müasir smartfon və digər naviqasiya qurğularında GPS və QLONASS peyk sistemləri tətbiq edilir. Bu o deməkdir, istifadəçilər peyk siqnalının əlçatanlığı sahəsində daima beynəlxalq siyasətdən asılıdırlar. Belə görünür ki, indi bu problemin universal həlli meydana çıxıb.
İstehsalçılar belə hesab edirlər ki, onların texnologiyası insanların gündəlik həyatını dəyişdirəcək və avtomobil, pilotsuz uçan aparatlar, həmçinin aerokosmik sənayedə istifadə ediləcək. Hazırlanmış yığcam atom saatlarında kiçikölçülü çipə daxil edilmiş işıq impulsları tətbiq edilir. Bu, fiber-optik internet kabellərinin iş prinsipini xatırladır.
Yığcam atom saatları bir çox sahələrdə tətbiq edilə bilər. Məsələn, təcili yardım maşını, hətta tuneldə olarkən məkanı təyinetmə sistemindən istifadə edə, adi istifadəçilər isə mobil siqnalın əlçatmaz olduğu metro və ya başqa yerlərdə olarkən marşrutlarını planlaşdıra biləcəklər.
Realpress.az
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.
Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.
Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.