Rezidentura təhsilində ixtisasların sayı artırılıb, bəzilərinin adı dəyişdirilib

Rezidentura təhsilində ixtisasların sayı artırılıb, bəzilərinin adı dəyişdirilib
20 Mar 2019 09:17

Nazirlər Kabinetinin qərarı ilə "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"nda dəyişikliklər edilib.

Realpress.az Trend-ə istinadən bildirir ki, müvafiq qərara əsasən bir sıra ixtisasların adı dəyişdirilib: "Terapiya" "Daxili xəstəliklər" sözləri ilə, "Allerqologiya" "Allerqologiya və immunologiya", "Mikrobiologiya" "Tibbi mikrobiologiya" və "Genetika" sözü "Tibbi genetika" sözləri ilə əvəz edilib.

Bundan başqa, ixtisasların sayı artırılıb, tədris müddəti müəyyən olunub. Belə ki, "Ailə təbabəti" ixtisası 2 il, "Endodontiya", "Parodontologiya", "Restorativ stomatologiya", "Ortopedik stomatologiya", "Uşaq stomatologiyası", "Ortodontiya", "Uşaq və yeniyetmə psixiatriyası" 3 il, "Nüvə təbabəti", "Neonatologiya", "Uşaq endokrinologiyası", "Uşaq kardiologiyası", "Uşaq nefrologiyası", "Uşaq nevrologiyası", "Uşaq qastroenterologiyası", "Uşaq yoluxucu xəstəlikləri" 4 il, "Uşaq urologiyası", "Uşaq ürək-damar cərrahiyyəsi" ixtisası isə 5 il müddətinə tədris olunacaq.


11 İyul 2019
Elmi

Ceyhun Bayramov şöbə müdirini vəzifəsindən azad edib

Tərtər Rayon Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb.

5 İyul 2019
Elmi

Müəllimlərin imtahanlarının tarixləri açıqland

Bu il 8-24 iyul tarixlərində ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi keçiriləcək.

14 İyun 2019
Elmi

ABŞ-da qanda xərçəng hüceyrələrinin məhv edilməsi üçün lazer hazırlanıb

Arkanzas Universitetinin alimləri qan damarlarında hərəkət edən xərçəng hüceyrələrini məhv edə bilən lazer texnologiyasını uğurla sınaqdan keçiriblər.  

11 İyun 2019
Elmi

Bu şəxslər təhsil haqqından azad olacaq — SİYAHI

Azərbaycan Respublikasının Prezidentinin müvafiq göstərişinə əsasən Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə növbəti müsabiqə elan edir.

1 İyun 2019
Elmi

Bakıda TOEFL IBT və SAT imtahanları keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında TOEFL IBT və SAT imtahanları təşkil olunub.