Fibroadenoma xərçəngə çevrilirmi?

Fibroadenoma xərçəngə çevrilirmi?
04 Apr 2019 12:44

Son zamanlar gənc qadınlar arasında süd vəzi xəstəliklərindən biri olan fibroadenomalar geniş yayılıb.

Bəzən həmin xəstəlik haqqında dəqiq məlumatı olmayanlar fibroadenomanın mütləq bədxassəli şişə çevriləcəyini düşünürlər. Lakin bu kütlə heç də həmişə xərçəngə çevrilmir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkimi, radioloq-mamoloq Günel Qəmbərova deyib.

“Fibroadenoma əsasən 18-40 yaş arasında rast gəlinən süd vəzi törəməsidir. O, sərt bir kütlədir, kistadan fərqli olaraq hətta ölçüsü 1 santimetr olduqda belə əl ilə rahatlıqla aşkarlana bilər. Fibroadenoma çox zaman xərçəngə çevrilmir. Ancaq getdikcə böyüyə və sayı arta bilər.

Mütləqdir ki, bir müddətdən sonra fibroadenomanın tərkibinin analizi aparılsın. Çünki bu kütlənin həcmi dəyişilə bilər. Bu da insanda çaşqınlıq yaradır. Fibroadenomalar hamiləlikdə, südvermə dövründə böyüyə bilər, zahılıq zamanı isə hətta kiçilə bilər. Bu düyünlər estrogen hormonunun təsiri fonunda böyüyür, ona görə də hamiləlikdə kütlələr daha giqant ölçüyə çatır. Menopauza dönəmində isə ölçüləri kiçilir.

Fibroadenomalar əldə hərəkətli, kənarı sərt, dəqiq bir kütlə kimi hiss olunur. Radioloji olaraq diaqnoz ultrasəs müayinəsi və mamoqrafiya ilə qoyulur, ancaq mütləq şəkildə sitoloji analiz tələb edir.

Əgər fibroadenoma ağrı vermirsə, ölçüsü kiçikdirsə, kontrol müayinələrdə ölçü böyümürsə, biopsiya ilə diaqnozu dəqiqləşibsə, onda müalicə tələb olunmur. Belə olduğu halda yalnız kontrol ultrasəs müayinəsi və mamoqrafiya yetərlidir.

Fibroadenomanın ölçüsü böyükdürsə və ağrı verirsə, biopsiyada şübhəli bir durum aşkarlanırsa, cərrahi əməliyyata ehtiyac duyulur. Qeyd edim ki, fibroadenoma yalnız cərrahi müdaxilə ilə aradan qaldırılır və onun konservativ müalicəsi yoxdur. Əməliyyat növü mamoonkoloq-cərrah tərəfindən seçilir”.

Realpress.az


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.