Zeynalov Zeynalzadə oldu - Rusiyaya keçmək üçün hiylə

Zeynalov Zeynalzadə oldu - Rusiyaya keçmək üçün hiylə
04 Apr 2019 17:27


Rusiyaya girişinə qadağa qoyulmuş Zeynalov soyadlı Azərbaycan vətəndaşı qadağadan yan keçmək üçün yeni pasport alaraq, soyadını Zeynalzadəyə dəyişib.

Bu barədə “Sm-news.ru” məlumat verir.

Belqorod vilayət məhkəməsi həmin şəxsin tez-tez Ukrayna ərazisindən (Belqorod sərhəd buraxılış məntəqəsindən) Rusiyaya keçdiyini müəyyən edib.

2015-ci ildə yol hərəkəti qaydalarını dəfələrlə pozduğuna görə Federal Miqrasiya Xidmətinin Moskva idarəsi onun Rusiyaya girişinə qadağa tətbiq edib. Azərbaycanlı vəziyyətdən çıxış yolu kimi soyadını və pasportunu dəyişib.

İlk dəfə yeni pasportu ilə Rusiyaya “Dərbənd” sərhəd buraxılış məntəqəsindən keçib. Kordonu uğurlu şəkildə keçdikdən sonra analoji sxemdən daha 10 dəfə istifadə edib; Rusiya Federasiyası ərazisinə müxtəlif ölkələrdən daxil olub.

Məlumata görə, azərbaycanlı öz günahını boynuna alıb və işə xüsusi qaydada baxılması ilə bağlı məhkəmədə vəsatət qaldırıb.

Nəticədə, o, RF Cinayət Məcəlləsinin 322-ci maddəsinin 2-ci bəndinə əsasən bir il altı ay müddətinə azadlıqdan məhrum edilib.

21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.