Bakıda kriminal avtoritet saxlanıldı

Bakıda kriminal avtoritet saxlanıldı
10 Apr 2019 15:59


Bakının Sabunçu rayon Polis İdarəsinin əməkdaşları ağır cinayətlər üzrə əvvəllər məhkum olunan yerli sakinlərdən iri partiyada narkotik vasitə və odlu silah müsadirə edib.

Bu barədə realpress.az-a rayon Polis İdarəsindən məlumat verilib.

Aprelin 8-də “Maştağa” qəsəbəsində əməliyyatçılar əvvəllər qətlə görə məhkumluğu olan 1975-ci il təvəllüdlü Babayev Mütəllim Əmirəli oğlunu saxlayıb. Saxlanılan zaman onun üzərində 5,697 qram heroin olub.

M.Babayevin evində aparılan axtarış zamanı əməliyyatçılar daha 104 qram marixuana, 3  kiloqram 200 qram heroin və “Vinçester” tipli tüfəng aşkarlayaraq müsadirə edib.

Kəndin daha bir sakini – qəsdən adam öldürmə maddəsi ilə Rusiyada cəza çəkmiş kriminal avtoritet – 1975-ci il təvəllüdlü Hüseynov Rafael Oktay oğlu saxlanılıb. Polis əməkdaşları onun evində beş kiloqramdan çox marixuana aşkarlayıb.

Keçmiş məhbusların hər ikisinin narkotik vasitə alveri ilə məşğul olduğu müəyyənləşib. Hazırda fakt üzrə araşdırma aparılır. Cinayət işi açılıb.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.