Azərbaycanda pensiya və əməkhaqqı yenə artırılacaq— Prezident

Azərbaycanda pensiya və əməkhaqqı yenə artırılacaq— Prezident
18 Apr 2019 14:47

“Ölkədə minumum əməkhaqqının və minumum pensiyanın təxminən 40 faiz qaldırılması önəmli addımdır. Ancaq onu da deməliyəm ki, bu artım böyük olsa da, bizi qane edə bilməz”

Realpress.az xəbər verir ki, bunu prezident İlham Əliyev Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkı ilə tanış olarkən sakinlərlə söhbətində bildirib.

Prezident vurğulayıb ki, Azərbaycanda maaşlar və pensiyalar bundan sonra da qaldırılacaq: “Müvafiq göstərişlər verildi. İndi hökumətdə iş aparılır. Bizim indi maliyyə imkanlarımız artır. Ölkəmizdə aparılan ciddi iqtisadi islahatlar bizə əlavə gəlirlər gətirir. Bu ilin əvvəlindən kifayət qədər böyük bir rəqəm büdcəyə daxil oldu. Mənim göstərişimlə əlavə yığılan büdcə gəlirləri ilk növbədə, vətəndaşların sosial müdafiəsinə, o cümlədən maaşların, pensiyaların artırılmasına istiqamətləndirilməlidir. Baxmayaraq ki, biz mart ayında bu qərarı qəbul etdik. Aprelin əvvəlindən sosial müavinətlərin artımı qüvvəyə mindi. Burada da orta hesabla 2 dəfə sosial müavinətlər artırılıb. 600 minə yaxın insan bu proqramla əhatə olunub. Bu istiqamətdə işlər davam etdiriləcək.  Minumum əməkhaqqı, minumum pensiya Azərbaycanda bundan sonra da qaldırılacaq ki, vətəndaşlar daha da yaxşı yaşasınlar”.

Prezident həmçinin söhbətində problemli kreditlər ilə bağlı qəbul olunan fərmandan da danışıb. O, qeyd edib ki, Azərbaycanda bu məsələ elə səviyyədə həll olundu ki, bunun dünyada bənzəri yoxdur: “Bilirsiniz ki, bir çox ölkələrdə bu problem mövcuddur. Ölkələr və ölkə rəhbərləri çalışırdılar ki, bu problemi həll etsinlər. 

Bəzi hallarda qərarlar qəbul edildi, ancaq icra edilmədi. Bəzi hallarda hələ də müzakirələr gedir. Ancaq biz çox ciddi qərar qəbul etdik. Bu qərar maksimum vətəndaşların maraqlarını nəzərə alan qərar oldu. 800 minə yaxın insan bu fərmandan yararlanacaq”.



26 Apr 2024
Siyasət

Prezident İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirilir

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.

26 Apr 2024
Siyasət

Azərbaycan Prezidenti: “Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq”

“Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”

“Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ Azərbaycan və Braziliya troyka şəklində fəaliyyət göstərir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”

“Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”.