Bakıda avtobus sürücülərinin qanlı davası – İnsanların gözü qarşısında barmağını kəsdi

Bakıda avtobus sürücülərinin qanlı davası – İnsanların gözü qarşısında barmağını kəsdi
19 Apr 2019 12:12

Bakıda sərnişin avtobusunun sürücüləri arasında dava baş verib.

Realpress.az xəbər verir ki, hadisə ötən gün saat 14 radələrində Bakının Nərimanov rayonu, Atatürk prospekti 2 ərazisində yerləşən dayanacaqda baş verib.

Belə ki, 211 saylı avtobusun sürücüsü Füzuli maşını dayanacaqda saxlayıb. O, digər sərnişin avtobusunun sürücüsü Rafiq Kazımovla mübahisə edib və onu söyüb. İki sürücünün söyüşü sonradan əlbəyaxa davaya çevrilib. Nəticədə Füzuli Rafiqin əlindən tutaraq burub və onun qolunu avtobusun şüşəsindən içəri salıb. Daha sonra bıçaqla barmağını kəsib.

Bütün bunlar avtobusda və dayanacaqda olan sərnişinlərin gözü qarşısında baş verib.

Bu barədə Rafiq Kazımov Nərimanov rayon Polis İdarəsi 16-cı polis öblməsinə şikayət edib.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.