Uşaqlarınızı belə oturmağa qoymayın — YOXSA...

Uşaqlarınızı belə oturmağa qoymayın — YOXSA...
22 Apr 2019 09:37

Uşağınızın oturma şəkli bir çox ortopedik problemlərdən xəbər verə bilir. Belə ki, həkimlər tez-tez azyaşlı uşaqların 5-6 yaşından sonra meydana çıxan problemlərinin məhz 1-2 yaş aralığındakı oturma formalarından qaynaqlandığını deyirlər. Bəs görəsən bu nədir? Söhbət 1-2 yaş arakığında olan uşaqların "w" şəklində oturmasından gedir. Diqqət etsəniz görərsiz ki, xüsusilə "W" oturuşu dediyimiz forma uşaqlarda çox rast gəlinir. Bəs bu "W" oturuşu nədir?

Realpress.az publika.az-a istinadən bildirir ki, "W" oturuşunun uşaqlarda yarada biləcək problemləri haqqında maraqlı faktları təqdim edir:

Adətən 1-2 yaş dövründə olan uşaqlar tez-tez dizlərini qatlayaraq, ayaqlarını müvafiq olaraq sağ və sol istiqamətində geriyə uzatmaqla dizlərinin üzərində otururlar. Həkimlər buna "W" şəklində oturma deyir. Bu zaman uşaqların bütün bədən ağırlıqları bud, diz və ayaq topuqları üzərinə düşür. Bu təzyiq nəticəsində uşaqların bud, diz və ümumilikdə bədən quruluşunda, qamətində çox ciddi pozuntular yarana bilir.

"W" oturuşunun gələcəkdə uşaqlara qazandırdığı problemlər bunlardır :

1. Gövdə gücündə azalma: Bu oturuş şəklində bədən əzələləri minimum şəkildə istifadə edilir. Bu isə dik dayanmağa kömək edir. Lakin xüsusilə qarın və kürək bölgəsindəki əzələlər zəifləyir.

 

2. Bud nahiyəsində çıxıq: Xüsusilə bədən ağırlığının bud üzərinə düşməsi onun inkişafına mane olur ki, bu da gələcəkdə bud çıxığı riskinin artmasına səbəb olur.

3. Bədəndə hərəkətsizlik: Bu vəziyyətdə oturan uşaqlar xüsusilə çarpaz gövdə hərəkətlərini edə bilmirlər. Bu da gələcək dövrdə oturaq iş həyatında onlara ciddi problemlər yaşada bilər.

4. Əllərdə passivlik: "W" oturuş formasında olan uşaqlar oyun oynayan zaman oyuncaqları müvafiq olaraq soldadırsa sol əlləri ilə, sağdadırsa sağ əlləri ilə götürürlər. Bu isə əllərin birgə fəaliyyətini zəiflədir.

5. Bud və çanaq quruluşunda deformasiya: Bu oturuş şəkli vərdiş halına gələrsə, bud prizmasında pozulmaya səbəb ola bilər. Bu da diz və ayaq biləklərində, çanaq nahiyəsində struktur pozuntularına gətirib çıxara bilər. Gələcəkdə isə ayaqda dabanın, pəncənin düz olması kimi fiziki qüsurlara gətirib çıxara bilir.

Həkimlər tövsiyyə edir ki, əgər uşağınız davamlı "W" şəklini xatırladacaq tərzdə oturursa, yavaşca ayaqlarını düz uzadın, uyğun və rahat formada oturmasına kömək edin. Ya da onun kiçik bir kresloda oturmasını təmin edin.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.