Tolik Sevdanın atasına qəzəbləndi — “Səni görsəm üzünə tüpürərəm”

Tolik Sevdanın atasına qəzəbləndi — “Səni görsəm üzünə tüpürərəm”
25 Apr 2019 11:20

Müğənni Sevda Yahyayevanın ögey atasının " Sevda anasını evində xidmətçi kimi saxlayır" iddiası böyük rezonans yaradıb.

Realpress.az xəbər verir ki, Xəzər televiziyasında yayımlanan Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramında ifaçının ögey atası onun  ünvanına sərt ittiham səsləndirib.

Bu xəbər çox böyük müzakirələrə səbəb olub. Sosial şəbəkə izləyicilərindən başqa, bu iddiaya məşhurlar da fikir bildirib. Prodüser, aparıcı Tolik də məsələyə biganə qalmayıb: 

“İndi gördüm saytlar yazib Sevda haqqında. Kaş şou-biznesdə və tv-də Sevda kimi abırlı və hörmətin saxlayan xanımlar çox ola! O kişi kimdi bilmirəm, şəxsən mənim anam  və Sevdanın anası 5 il əvvəl bir yerdə 14 gün Naftalanda müalicə alıblar. Heç onda bu papağına qusduğum kişi yox idi.Mən Sevda ilə işləmişəm və heç vaxt esitməmişəm ki, Sevdanın atalığı var. Bu nədi ki, istəyən çıxır taninmışlara şər atır və bunun cavabı verilmir. Mən şəxsən bu kişini görsəm üzünə tüpürərəm! Sənin kimi ağsaqqalın üzünə tüpürüm şərəfsiz bigeyrət ! Kişilikdən bixəbər . Sənin nəslində Sevda kimisi olmaz sən kişi olsaydın tv –yə qaçmazdın, reklam axtarmazdın . Şərəfsizin yekəsi sənsən qızın adını ləkələmək istəyirsən. Sənə niyə baxmalıdı, papağına qusum sənin! Sənə hörmət edəndə sənin tayındı bəlkə də axtarsan şərəfziliyə görə səndən üz çeviriblər”.

Xatırladaq ki, ifaçının atalığı “Səni axtarıram”verilişinə həyat yoldaşını axtarmaq üçün müraciət edib.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.