Mətanət Əsədovanın ölkədən çıxışına qadağa qoyuldu

Mətanət Əsədovanın ölkədən çıxışına qadağa qoyuldu
07 May 2019 15:37


Müğənni Mətanət Əsədovanın ölkədən çıxışına qadağa qoyulması ilə bağlı xəbər yayılıb.

Axşam.az-ın xəbərinə görə, qoyulan qadağanın səbəbi sənətçinin banka olan kredit borcudur.

Belə ki, M.Əsədova öz adına kreditlə “Volksvagen” markalı avtomobil alıb. Daha sonra həmin avtomobillə qəza törədərək, onu yararsız vəziyyətə salıb.

Uzun müddətdir banka borcu yığılan sənətçinin ölkədən çıxışına qadağa qoyulub.

Sənətçinin banka olan borcu təxminən 10 min manatdan yuxarıdır. 

Yayılan bu məlumatın nə dərəcə də doğru olub-olmadığını araşdırmaq üçün realpress.az-ın əməkdaşı Mətənət Əsədova ilə əlaqə saxlayıb.

“Mən bu haqda heç bir şey danışmaq istəmirəm. Sənətimlə bağlı sual verin, cavablandırım. Şəxsi məsələlər haqqında məni sorğu-sual etməyin”, - deyə M.Əsədova cavab verib.


23 Avq 2019
Şou-biznes

Oğlunu itirən Zöhrə Abdullayevanın yeni görüntüsü yayıldı - VİDEO

Oğlunun vəfatından sonra səhnə ilə vidalaşan əməkdar artist Zöhrə Abdullayevanın yeni görüntüsü yayılıb.

22 Avq 2019
Şou-biznes

Sənubər İsgəndərli seriala çəkilir

"Ata ocağı" serialı üçüncü mövsümü ilə ekrana gəlməyə hazırlaşır.

22 Avq 2019
Şou-biznes

Türkmənistan prezidenti azərbaycanlı müğənnilərə hədiyyə verib - VİDEO

Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Birinci Xəzər İqtisadi Forumunda Azərbaycandan olan sənətçilər də iştirak edib.