Bakıda kanalizasiya lyukuna ilişib dağılan bolid təmir olundu

Bakıda kanalizasiya lyukuna ilişib dağılan bolid təmir olundu
10 May 2019 12:14

“Uilyams” komandasının rəhbərinin müavini Kler Uilyams qeyd edib ki, “Formula 1 Azərbaycan Qran-prisi”ndə xəsarət almış hər iki şassi bərpa olunub və İspaniyadakı mərhələyə gətirilib.

Realpress.az  Virtualaz.org-a istinadla xəbər verir ki, bununla bağlı Kler Uilyams deyib:

“”Bakıda istirahət günlərində baş vermiş hadisələrdən sonra hər iki şassi təmir olunub və İspaniyaya ehtiyat şassisi qismində gətirilib. Uşaqlar zavodda fenomenal iş görüblər və hər şeyi təmir edərək, əllərindən gələni ediblər ki, şassilər İspaniyaya çatdırılsın.

O ki qaldı Rasselin şassisinin bərpasına, biz kompensasiya alacağıq. Bütün işlər sığorta şirkəti vasitəsilə həyata keçiriləcək. Bunun nə qədər vaxt aparacağını bilmirəm, amma Bakıdakı yarışların promouterləri anlayırlar ki, bu, mümkün qədər tez olmalıdır. Biz indi təmirin neçəyə başa gəldiyini hesablayırıq, sonra bu kağızları sığorta şirlətinə təqdim edəcəyik”.

26 Apr 2024
İdman

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.

26 Apr 2024
İdman

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli oldu - FOTO

Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

26 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.

25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.