Real TV-nin yerüstü yayımına başlanılıb

Real TV-nin yerüstü yayımına başlanılıb
10 May 2019 13:25

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının (MTRŞ) 23 aprel 2019-cu il tarixli qərarına əsasən, "Real Təhlil İnformasiya Mərkəzi" MMC-yə ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya yayımı üçün lisenziya verilib.

Sözügedən qərara uyğun olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio Televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyinin (Teleradio İB) respublika ərazisində fəaliyyət göstərən radio-televiziya yayım stansiyaları vasitəsilə, o cümlədən Bakı şəhəri və Abşeron yarımadası ərazisində 48-ci TV kanalda SD, 37-ci TV kanalda isə HD formatında Real TV proqramının DVB-T standartında yerüstü yayımına başlanılıb.

Buna qədər isə MTRŞ-in müvafiq qərarına əsasən, "Real Təhlil İnformasiya Mərkəzi" MMC-yə ixtisaslaşmış proqram kimi peyk yayımı üçün müddətsiz lisenziya verilmiş və bunun əsasında Teleradio İB-nin Bakı Teleqüllə Kompleksinin yerüstü peyk stansiyası üzərindən ötürülməklə, Real TV proqramının 11135 MHs tezlikdə "Azerspace-1" peykindən SD formatlı yayımı təmin olunmuşdu.

Hazırda Teleradio İB tərəfindən Real TV proqramının paralel olaraq yerüstü, peyk və İPTV üzərindən yayımı aparılır.

Realpress.az


20 May 2019
Maraqlı

Bu əşyaları hamamda saxlamayın - SİYAHI

Şəxsi gigiyenamız üçün hamam olduqca önəmli bir yerdir. Hamamda yaranan nəmli və rütubətli şəraitə görə oranı nə qədər təmizləsək də, istənilən təmizliyi əldə etmək çətin olur.

20 May 2019
Maraqlı

Belarus Azərbaycana niyə xal vermədi?

Şənbə günü "Eurovision" mahnı müsabiqəsinin final gecəsində Belarusun Azərbaycana bal verməməsi müzakirələrə səbəb olub. 

20 May 2019
Maraqlı

Diş qıcamağın səbəbi bu imiş

Estetik diş həkimi Efe Kaya diş qıcamağın bütün dişlərə zərər verdiyini açıqlayıb. O, xüsusən də yuxu zamanı bu problemin artığını qeyd edib.

20 May 2019
Maraqlı

Oruc – biçaqsiz tibbi əməliyyat kimidir

Oruc tutmağın çox üstünlükləri var və bu haqda yüzlərlə məqalə oxuya bilərsiniz. Dr. Paul Bragg (1895-1976), "The miracle of fasting" (Orucun möcüzəsi) kitabında qeyd etdiyi kimi "Oruc bıçaqsız əməliyyat kimidir".