Apple son yarım ildə 20-25 şirkət alıb

Apple son yarım ildə 20-25 şirkət alıb
11 May 2019 09:00

Apple şirkəti 1-2 həftədən bir kiçik şirkət alır. Son yarım il ərzində Apple 20-25 şirkət alıb. Bu barədə CNBC saytına müsahibəsində Apple şirkətinin CEO-su Tim Cook bildirib. Bu barədə Rusbase saytı xəbər verib. Tim Cook-un sözlərinə əsasən şirkət bu cür alışlar zamanı bağlanan müqavilələr barəsində çox nadir hallarda məlumat verir. Belə ki, adətən Apple kiçik şirkətləri alır. Həmin kiçik şirkətlərdə Apple-a ilk növbədə maraqlı olan məhz intellektual mülkiyyət və istedadlardır.

Realpress.az technote.az-a istinadən bildirir ki, Apple şirkətinin bu cür aktiv şəkildə kiçik şirkəllərin alışı ilk növbədə şirkətin yüksək alış özəlliyini göstərir. Məlumata əsasən bu ilin ikinci rübündə Apple şirkətinin büdcəsində 225.4 milyard dollar nağd pul vəsaiti yığılıb. Tim Cook qeyd edib ki, Apple şirkəti ilk növbədə öz nağd vəsaitlərini böyük layhələrə yönəldir. Buna misal olaraq Texas ştatında dəyəri 1 milyard dollar olan yeni kampusun inşasına startını gətirmək olar.

"Bizim pulumuz qalanda biz düşünürük ki, həmin vəsaitləri daha hara yatırmaq olar? Biz, bizə uyan və strateji potensiala sahib olan hər şeyi alırıq" - deyə Tim Cook müsahibəsində qeyd edib. Məsələn 2018-ci ildə Apple şirkəti Texture adlı servisi almışdı. Həmin servis jurnal abunəliyi sahəsində fəaliyyət göstərirdi. Nəticədə həmin servis bu ilin mart ayında istifadəyə verilmiş Apple News Plus servisinin əsasını təşkil etdi. CNBC qeyd edib ki, Apple şirkəti çox nadir hallarda böyük müqavilələr bağlayır. Son belə müqavilə 2014-cü ildə bağlanmışdı. Belə ki, həmin ildə Apple şirkəti məşhur qulaqlıq istehsalçısı olan Beats-i 3 milyard dollara almışdı.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.