Amerikalı ssenarist Elvin Sarcent 92 yaşında dünyasını dəyişib.
Bu barədə Deadline portalı xəbər verir.
Portalın məlumatına əsasən, Sarcent Sietl şəhərində vəfat edib. Məlumatı ssenaristin yaxınları təsdiqləyiblər.
Elvin Sarcent 1927-ci ilin aprel ayının 12-də Filadelfiyada anadan olub. O daha çox “Adi adamlar” və “Culia” filmləri ilə tanınır.
Qeyd edək ki, hər iki filmin ssenarisinə görə Sarcent “Oskar”a layiq görülüb. O, həmçinin, “Hörümçək adam 2”, “Hörümçək adam: Əks olunmuş düşmən” və “Yeni Hörümçək adam” filmlərinin müəllifidir.
“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.
Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.