İsrailin mədəniyyət naziri “Avroviziya”dan imtina etdi

İsrailin mədəniyyət naziri “Avroviziya”dan imtina etdi
13 May 2019 09:15


İsrailin mədəniyyət və idman naziri Miri Reqev ölkəsində keçiriləcək “Avroviziya-2019” mahnı müsabiqəsində iştirak etməyəcəyini bildirib. 

“Lenta.ru”nun xəbərinə görə, nazir etirazının səbəbini açıqlamayıb. 

Bildirilir ki, Reqev mahnı müsabiqəsinin Tel-Avivda yox Qüdsdə keçirilməsinin tərəfdarı olub.