Körpənin qulağı eşitmirsə.... – Hansı əlamətlərdən bilməli?

Körpənin qulağı eşitmirsə.... – Hansı əlamətlərdən bilməli?
14 May 2019 13:39

Körpə anadan olan kimi onun eşitmə orqanının normada fəaliyyət göstərdiyini, eşidib –eşitmədiyini yalnız xüsusi cihaz və avadanlıqla təyin etmək olur ki, dünyanın bir çox ölkələrində bunu edirlər.
Lakin doğulandan 2-4 həftə sonra artıq körpənin səslərə reaksiyasından  bunbu təyin etmək olur.
Medicina.az uşağın eşidib-eşitməməsinin vaxtında aşkarlamaq üçün valideynlərin nə etməli olduğunu izah edir.
- Körpə ağlayan, qığıldayan zaman bərkdən döyəcləmə və tappıltı səsinə dayanır, səsi kəsilir, hərəkətini dondurub baxır. İlk əvvəl möhkəm taqqıltı səsinə reaksiya verir, daha sonralar insan səsinə də belə təpki göstərir.
- 2-4 aylıqda körpə bərkdən danışıq və musiqi səsini eşidir, səs istiqamətinə başını çevirir. İlk əvvəl 2-3 metrlikdəki səslərə reaksiya verir. 
- Uşağı güldürəndə, danışdıranda üzünüzə baxıb gülməsi sizi çaşdırmasın. Onun bu reaksiyası səsinizə yox, üz mimikanızadır. 
- 6-7 aylıqda körpə 6 metr uzaqlıqdan səsləri eşitməyə başlayır. 

Vibrasiya, addım, qapı çırpılması, çarpayıya döyəcləməkə eşitmə yoxlanılmır.
Çünki bu səsləri vibrasiya dalğalarından hətta eşitməsi olmayan körpə də hiss edir. 
- 1 yaşına doğru körpə doğmalarla yadların səsini ayırd edir, tanış frazaları seçir, öz adına boylanır, qırıq qırıq hecaları, kiçik sözləri deməyə çalışır.
- Uşağın eşitmə fəallığını nə qədər tez aşkar edib, həkimə gedərək, problemin müalicəsi və xüsusi aparatln taxılmasına nail olsanız, usagın danışmağı da bir o qədər tez olacaq. 
Diqqət: 1 aylığından başlayaraq körpə güclü səs küydən, qəfil səsdən yuxudan ayılmırsa, anasının səsi və laylasından sakitləşmirsə, danışan adama tərəf boylanmırsa, deməli, o eşitmir.

Realpress.az


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.