Xəzər rayonu Binə qəsəbəsi, "Bakovtomat" yolu adlanan ərazidə yaşayan 2000-dən çox sakin içməli su verilmədiyi üçün şikayət edirlər.
Realpress.az oxu.az-a istinadən xəbər verir ki, sakinlər bildirir ki, evlərinə 200 metr məsafədə su xətti olmasına baxmayaraq, ərazidə yaşayan sakinlərə su verilmir. Məsul qurumlar isə səbəb kimi, həmin ərazidə dəmiryolu xəttinin olmasını göstərirlər.
Əlacsız qalan sakinlər çirkabla dolu olan, vaxtaşırı kanalizasiya xətlərinin də axıdıldığı Samur-Abşeron kanalından içməli su mənbəyi kimi istifadə edirlər.
Ərazidə yaşayanlar problemlə bağlı dəfələrlə həm Xəzər rayon icra nümayəndəliyinə, həm də "Azərsu" ASC-yə müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.
Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.
Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.