“WhatsApp” məxfi xidmət orqanları ilə əməkdaşlıq edir - İDDİA

“WhatsApp” məxfi xidmət orqanları ilə əməkdaşlıq edir - İDDİA
16 May 2019 14:07


“Telegram”ın yaradıcısı Pavel Durov “WhatsApp” messencerinin istifadəçilər üçün heç vaxt təhlükəsiz olmadığını və olmayacağını bəyan edib. 

Bununla bağlı sosial şəbəkədə “Nə üçün “WhatsApp” heç vaxt təhlükəsiz olmayacaq?” (ing. Why WhatsApp Will Never Be Secure) başlıqlı köşə yazısı dərc olunub.

“Telegram” yaradıcısının bildirdiyinə görə, “WhatsApp” rəhbərliyi ekspertlərin istifadəçilərə qarşı olan etinasız münasibəti ifşa etməməsi üçün qeyri-şəffaf fəaliyyət göstərir.  

“Hər dəfə “WhatsApp” öz tətbiqində kritik həssaslığı aradan qaldıranda onun əvəzinə yenisi peyda olur. Onların təhlükəsizliklə bağlı bütün problemləri “bekdorlar” (back door – alqoritm nöqsanı) kimi işləyir”, - deyə Durov yazıb.

Durovun sözlərinə görə, İran və Rusiya kimi dövlətlər bu messencerin işinə hər hansı əngəl yaratmır və bu, “Facebook” və “WhatsApp” rəhbərliyinin məxfi xidmət orqanları ilə əməkdaşlıq etməsinə işarədir.

20 May 2019
İT

“Google” istifadəçilərin satınalmasını izləyir?

“Google” istifadəçilər tərəfindən edilmiş satınalmalar haqqında informasiyanı yadda saxlayır. “CNBC”-nin jurnalisti Todd Heyzelton buna diqqət yönəldib. O, "Satınalmalar" (Purchases) vərəqində son 5 il ərzində bütün öz satınalmalarının siyahısını aşkar edib. Bütün istifadəçilər müvafiq bölməyə daxil ola bilərlər.  

20 May 2019
İT

Cənubi Koreya hökuməti “Linux” sistemindən istifadəyə başlayacaq

Cənubi Koreya Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin nümayəndələri ölkə hökuməti tərəfindən istifadə edilən bütün kompüterlərin tezliklə “Linux” əməliyyat sisteminə keçəcəyini açıqlayıblar. Hazırda Cənubi Koreyanın dövlət müəssisələrində “Windows” əməliyyat sistemindən istifadə olunur.

20 May 2019
İT

Avropa İttifaqında kiberhücumlara sanksiyaların tətbiqi üçün mexanizm hazırlanıb

Avropa İttifaqında miqyaslı kiberhücumlara cavab olaraq sanksiyaların tətbiqinə imkan verən xüsusi mexanizm hazırlanıb. Bu barədə Avropa İttifaqı Şurasının bəyanatında deyilir.

20 May 2019
İT

Növbəti nəsil atom saatı yaradılır

ABŞ Milli Standartlar və Texnologiya İnstitutunun (NIST) mütəxəssisləri növbəti nəsil eksperimental atom saatı üçün əsas olacaq texnologiyanı nümayiş etdiriblər.

20 May 2019
İT

“Android” sisteminin hələ elan edilmiş versiyasında istifadəyə veriləcək yeni funksiya məlum olub

“Android” əməliyyat sisteminin hazırlanması üzrə məsul şəxs olan “Google” korporasiyasının vitse-prezidenti Deyv Berk “Twitter”də sözügedən sistemin növbəti versiyasında əlçatan olacaq yeni funksiya haqqında məlumat paylaşıb.