Belarus Azərbaycana niyə xal vermədi?

Belarus Azərbaycana niyə xal vermədi?
20 May 2019 11:21

Şənbə günü "Eurovision" mahnı müsabiqəsinin final gecəsində Belarusun Azərbaycana bal verməməsi müzakirələrə səbəb olub. 

Realpress.az qafqazinfo-ya istinadən xəbər verir ki, hər zaman yarışma nümayəndələrimizin çıxışını yüksək xalla qiymətləndirən ölkə bu dəfə Çingizə sıfır verib. Belarus münsifləri təkcə Azərbaycana yox, qonşu Rusiyaya da bal verməyib.  

Daha sonra məlum olub ki, jürilər Avropa Yayım Birliyinin (EBU) qaydalarını pozublar. Belə ki, onlar yarımfinallardan sonra bir çox mətbuat nümayəndəsinə açıqlama verərək bal verdikləri ölkələrin adlarını deyiblər. 

Final günü qayda pozan münsiflər heyətində dəyişiklik edilib, onların verdiyi ballar siyahıda ən az xal gələn ölkələr arasında bölüşdürülüb, ən yüksək 12 bal isə ev sahibi İsrailə göndərilib. EBU məlumatı təsdiq edib. 

Nəticələr ləğv olunmamışdan qabaq isə Belarusun Rusiya, Azərbaycan, İtaliya, Çexiya və başqa ölkələrə səs verdiyi məlum olub. Lakin pozulan qaydadan sonra ballar ləğv edilib.



28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.