Uber'ə 'danışmayan sürücü' funksiyası gəlir

Uber'ə 'danışmayan sürücü' funksiyası gəlir
21 May 2019 09:26

ABŞ-da olan Uber istifadəçiləri Uber Black və Uber Black SUV premium gedişlərin sifarişi zaman Uber tətbiqində xüsusi üstünlüklərin əks olunacaqları ayarları görəcəklər.

Realpress.az technote.az-a istinadən bildirir ki, həmin ayarlar vasitəsilə sərnişinlər sifariş olunmuş avtomobilin salonundakı hansı temperaturun onlar üçün uyğun olub-olmadığını, özləri ilə yüklərin daşınılıb-daşınmadığını və istəyə uyğun olaraq avtomobil sürücü ilə danışıb-danışmamağı seçə biləcəklər.

Bu cür özəlliklərdən yalnız sifarişdən öncə istifadə etmək olacaq. Əgər sifariş verilibsə və sərnişin həmin özəlliklərdən birini sifariş sonrası istifadə etmək istəyirsə bu alınmayacaq. Uber şirkəti bildirib ki, səyahət zamanı səssiz rejimi istifadəçilər uzun müddət tələb edirdilər. Şirkət onu da qeyd edib ki, sərnişin ilə danışıb-danışmamağa sürücü özü qərar verir. Əlavə olunmuş son özəlliklərə riayət sayəsində onlar öz Uber reytinqlərini qaldıra biləcəklər.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.