“Huawei” əməliyyat sisteminin adı məlum olub

“Huawei” əməliyyat sisteminin adı məlum olub
21 May 2019 10:45

Çinin “Huawei” şirkətinin əməliyyat sistemi “Hongmeng” adlanacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “Kommersant” resursuna istinadən yazır ki, məlumata görə, şirkət tərəfindən istifadəçilərə bütün “Huawei” və “Honor” smartfon və planşetləri üçün təhlükəsizlik sistemi yenilənmələri və satışdan sonrakı xidmətin göstərilməsi ilə təmin ediləcəyinə zəmanət verilir.

Məlumata görə, “Linux” əməliyyat sisteminə əsaslanan yeni “Hongmeng” sisteminin adı Çin mifologiyasından götürülüb. Sistem telefon və noutbuklar daxil olmaqla kross-platforma kimi, universal əməliyyat sistemi qismində istifadə ediləcək.

Qeyd edək ki, ötən cümə ABŞ Prezidenti Donald Tramp “Huawei” şirkətinin avadanlığından istifadənin qadağan edilməsi haqqında fərman imzalayıb. Bazar ertəsi məlum olub ki, “Google”, “Qualcomm”, “Intel”, “Broadcom” və ABŞ-ın digər mikroçip və proqram təminatı istehsalçıları Çin şirkəti ilə əməkdaşlığı dayandırıb. “Huawei” şirkəti “Google” servis və proqramlarından, o cümlədən “Google Play” əlavələr mağazası və “Gmail” elektron poçtundan istifadədən məhrum edilib. Bundan başqa, Çin istehsalçısı ABŞ-ın “Google” şirkətinin texnologiya və proqram təminatından yararlana bilməyəcək.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.