Bakıda qətl: kişinin boyun damarlarını kəsdilər - YENİLƏNİB

Bakıda qətl: kişinin boyun damarlarını kəsdilər - YENİLƏNİB
24 May 2019 10:48


Mayın 23-dən 24-nə keçən gecə  Bakının Binəqədi rayonunda müəmmalı qətl hadisəsi törədilib. Yuxuda olan kişinin boğazını kəsiblər.

Bu barədə Realpress.az-a Binəqədi rayon hüquq-mühafizə orqanlarından məlumat verilib.

Cinayət qurbanı Müşfiq qəsəbə sakini, 59 yaşlı Xələfov Şamil Şəristan oğludur. Məlumata görə, kişiyə yeddi bıçaq zərbəsi endirilib. Xəsarətlərin çoxu deşici bıçaq xəsarətləri olub.  

Maraqlıdır ki, cinayət törədildiyi vaxt, təxminən gecə saat 02:00 radələrində Xələfovlar ailəsinin bütün üzvləri evdə olub. Hətta böyük oğlu onunla bir otaqda yatıb. Ancaq illkin dindirilməsi zamanı gənc bərk yatdığını  və atasının kim tərəfindən və necə qətlə yetirdiyini görmədiyini bildirib.

O, atasının xırıltı səslərinə oynadığını söyləyib, lakin həmin vaxt otaqda artıq heç kim olmayıb.

Hüquq-mühafizə orqanları əsas versiyalardan biri  kimi qətlin tamah məqsədilə törədildiyini ehtimal edir. Ancaq Xələfovların evindən hər hansı qiymətli əşyanın yoxa çımasına dair məlumat yoxdur. 

İkinci versiya qətldə ailə üzvlərinin əlinin olmasıdır. Hazırda əsas şübhəlilər məhz onunla bir evdə yaşayan ailə üzvləridir. Fakt üzrə qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, istintaq aparırılır.

09:16

Paytaxtın Binəqədi rayonunda ölüm hadisəsi baş verib.

realpress.az-ın məlumatına görə, rayon ərazisində 59 yaşlı Şamil Xəlifov boyun damarlarının kəsilməsi nəticəsində dünyasını dəyişib.

Səhiyyə Nazirliyindən saytımıza verilən açıqlamaya görə, təcili tibbi yardım briqadası hadisə yerinə çağrılanda artıq vətəndaş ölmüşdü:

“Hadisə yerinə çağırılan təcili yardım briqadasının həkimlərinə ölüm faktını təsdiqləməkdən başqa bir şey qalmayıb”.

Ağır cinayət hadisəsinin kim tərəfindən törədildiyi məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb. 


25 İyun 2019
Kriminal

Bakıda keçmiş iş adamı güllələndi - Ailəsini itirib, fəhləlik edirmiş

Bakıda keçmiş iş adamı güllələndi - Ailəsini itirib, fəhləlik edirmiş

22 İyun 2019
Kriminal

Bakıda gəlin qayınatasını öldürdü

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.

21 İyun 2019
Kriminal

Buzovnada narkoplantasiya aşkarlandı

Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş D.Ardatyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilərək götürülüb.

20 İyun 2019
Kriminal

Qan davasında ölən qadının oğlu: "Bəlkə mən də onun anasını öldürüm?"

Bir neçə gün əvvəl Ağstafada baş verən qan davasında həlak olan Zeynəb Cəlilovanın oğlu Azad Cəlilov sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib. 

20 İyun 2019
Kriminal

Sabunçuda 19 yaşlı qız sərxoş atasını bıçaqladı

Bakıda atasını bıçaqlamaqda təqsirli bilinən Günel Hüseynovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.