“Bitkoin” ilin rekordunu vurdu

“Bitkoin” ilin rekordunu vurdu
27 May 2019 16:59


Bitkoin kriptovalyutasının məzənnəsi 2018-ci ilin may ayında ən yüksək göstəriciyə yüksəlib.

Bu, “CoinDesk” saytının məlumatlarında öz əksini tapıb.

Mayın 27-də Bakı vaxtı ilə 05:00-a olan göstəricilərə görə, kriptovalyutanın satış qiyməti 8,9 min dollara çatıb. Ancaq 13:40-da qiymət 8,7 min dollara düşüb. Bitkoinin ümumi kapitalizasiyasının 154,6 milyard dollar təşkil etdiyi bildirilir.

Qiymət artımı digər kriptovalyutalarda da müşahidə olunub: “Ehtereum” 7,7 faiz, “Litecoin” 12,5 faiz, XRP -6,5 faiz, “Bitcoin Cash” 8,5 faiz bahalaşıb.

9 Avq 2019
İqtisadiyyat

Manatın MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı 9 avqust tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

7 Avq 2019
İqtisadiyyat

Dollar və manatın bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 7 avqust tarixinə olan valyuta məzənnələrini açıqlayıb.