Ağrıar, keyimələr, zəiflik, başgicəllənməsi... Cavan insanları əlil edən xəstəlik

Ağrıar, keyimələr, zəiflik, başgicəllənməsi... Cavan insanları əlil edən xəstəlik
01 İyun 2019 09:59

Dağınıq skleroz sinir sisteminin iltihabi xəstəliyidir. Xəstəlik baş və onurğa beyninin sinir hüceyrələrinin örtük qişasının, yəni mielinin zədələnməsi nəticəsində özünü büruzə verir.

Autoimmun xəstəlik olan dağınıq skleroz 18-50 yaş aralığında və əsasən qadınlarda rast gəlinir. Nadir hallarda 50 yaşdan sonra qeydə alınır.

Xəstəlik xarici mühit amilləri - viruslar, ekoloji və coğrafi amillər və irsi meyilliliyin qarşılıqlı təsiri nəticəsində yaranır.

Simptomları bədənin müxtəlif yerlərində kəskin və xroniki ağrılar, keyimələr, ikigörmə, zəiflik, başgicəllənmə və s. ilə xarakterizə olunur. Dağınıq skleroz zamanı istənilən nevroloji əlamət müşahidə oluna bilər.

Bunlardan hərəki, avtonom, hissi və görmə problemlərinə daha çox rast gəlinir. Xəstələrin 90 faizində piramid traktın zədələnməsi qeydə alınır. Aşağı ətraflar yuxarı ətraflara nisbətən daha çox zədələnir. Aşağı ətraflarda hemi, para və tetraparez müşahidə olunur. Bu xəstəlikdən əziyyət çəkənlərin əksəriyyəti 20 ildən sonra sərbəst hərəkət edə bilmirlər.

Dağınıq skleroz orta hesabla 30-35 ildən sonra əlilliyə səbəb olur. Əlilliyin səbəbi də yerişin pozulması, parezin əlamətləridir. Dağınıq skleroz nadir hallarda ölümə səbəb ola bilər.

Bu barədə AZƏRTAC-a Mərkəzi Neftçilər Xəstəxanasının həkim-nevroloqu Aygün Haqverdiyeva məlumat verib.

"Xəstəlik kəskinləşmə və remissiya dövrlərindən ibarətdir. Kəskinləşmə dövrdə hormonal müalicə tətbiq olunur. Remissiya dövründə isə immunoqlobulinlərlə müalicə aparılır ki, bu da kəskinləşmə dövrünü gecikdirmək məqsədi daşıyır.

Xəstəyə ilk əvvəl diaqnoz qoymaq çətindir. Belə ki, dağınıq skleroz başqa xəstəliklərin altında gizlənir. Xəstəliyin kliniki əlamətləri özünü göstərəndən qısa müddət sonra dayanır. Bir müddətdən sonra isə yenidən bərpa olunur. Hər dəfə təkrarlandıqdan sonra simptomların hər hansı biri özünə yer eləyir və davamlı olur", - deyə mütəxəssis bildirib.

Həkim-nevroloq qeyd edib ki, xəstəliyin diaqnozu maqnit rezonans tomoqrafiya müayinəsi nəticəsində təsdiq oluna bilər: "Diaqnoz təsdiqləndikdən sonra xəstəyə vəziyyəti uyğun dillə başa salmaq lazımdır ki, depressiyaya düşməsin. Çünki bu xəstəlikdən əziyyət çəkənlər ağır depressiyaya düşürlər. Onlara həm ailə, həm də psixoloq tərəfindən dəstək lazımdır. Xəstəliyin axırıncı mərhələsində xəstənin psixoloji durumu da dəyişə bilər. Erkən müalicə dağınıq sklerozun kəskinləşməsinin qarşısını almağa kömək edir. Cavan adamlar müalicəyə daha effektiv reaksiya verirlər. Orqanizmin müalicəyə cavabından və xəstəliyin gedişatından asılı olaraq əlilliyin qarşısını almaq qismən mümkündür".

A.Haqverdiyeva Azərbaycanda bu xəstəlikdən əziyyət çəkənlərin müalicəsini dövlətin öz üzərinə götürdüyünü və proqramlar qəbul olunduğunu da diqqətə çatdırıb.

Realpress.az


24 İyun 2019
Səhiyyə - Sağlamlıq

Bu MEYVƏLƏRİN ÇƏYİRDƏKLƏRİ meyvələrin özündən də faydalıdır!

Meyvə çəyirdəkləri adətən tullanır. Lakin müasir elmi araşdırmalar göstərir ki, bir çox meyvələrin çəyirdəkləri və tumları hətta bu meyvələrin özündən də faydalıdır.

22 İyun 2019
Səhiyyə - Sağlamlıq

Böyrək xəstəlikləri zamanı qarpız yemək faydalıdır yoxsa ziyanlı?

Bir çox insanların fikrinə görə, böyrəklərdə problem olanlar mümkün qədər çox su içməli və qarpız yeməlidir. Bu çox səhv fikirdir.

21 İyun 2019
Səhiyyə - Sağlamlıq

Ürəyi xəstə olanlara bu qidalar qadağandır – SİYAHI

Ürək xəstəliklərinin müalicəsində və qorunmasında qidalanma da dərman qədər rol oynayır.

20 İyun 2019
Səhiyyə - Sağlamlıq

Sağlamlığı qorumaq istəyənlər qarpız yesin! Nəhəng giləmeyvənin 7 faydası

Qarpız bir çoxlarımız fikirləşdiyi kimi meyvə və ya tərəvəz deyil, məhz giləmeyvədir. Qarpızın sağlamlığımız üçün saymaqla bitməyən faydaları vardır.