Rəsmi Bakıdan Ermənistana cavab

Rəsmi Bakıdan Ermənistana cavab
02 İyun 2019 14:10


Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsi Ermənistan Xarici İşlər Nazirliyinin təmas xəttindəki son vəziyyətlə bağlı bəyanatına münasibət bildirib.

XİN-in mətbuat xidmətindən realpress.az-a verilən məlumata görə, bəyanatda bildirilir ki, Ermənistan Xarici İşlər Nazirliyinin Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki son vəziyyətlə bağlı olduqca emosional və bir o qədər ziddiyyətli bəyanatla çıxış etməsinin səbəblərini anlamaq olar.

Qeyd olunur ki, bu, böyük ehtimal ilə Ermənistan rəhbərliyinin hazırda ölkədəki daxili vəziyyətə reaksiyasına uyğundur:

“Xatırladırıq ki, Ermənistan xarici işlər nazirləri səviyyəsində növbəti görüşə razılıq verib. Reallıqlar isə dəyişilməz olaraq qalır. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş torpaqlarından çıxmalıdır. Gələcəkdə Ermənistana kimin rəhbərlik etməsindən asılı olmayaraq, bölgənin gələcək inkişafı üçün digər alternativ mövcud deyil. Ermənistan tərəfi etiraf etməlidir ki, insan itkisinin, fəlakətlərin və qarşılıqlı nifaqın səbəbi, məhz Ermənistanın təcavüzkar siyasəti və Azərbaycan ərazilərini işğal altında saxlaması və bu ərazilərdə yaşayan yerli azərbaycanlıların etnik təmizlənməsi siyasətidir. Ermənistan hər hansı digər uydurma səbəb axtarmağa vaxt sərf etməməli və beynəlxalq ictimaiyyətin də tələblərinə uyğun olaraq münaqişənin həllində nəticəyə yönəlik addımlar atmalıdır”.

26 Apr 2024
Siyasət

Prezident İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirilir

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.

26 Apr 2024
Siyasət

Azərbaycan Prezidenti: “Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq”

“Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”

“Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ Azərbaycan və Braziliya troyka şəklində fəaliyyət göstərir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”

“Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”.