Rusiya Federasiyasının Nijni Tagil şəhərinin Lenin rayon məhkəməsində mediada “Rövşən Lənkəranskinin bandası” adlandırılan 12 nəfərlik cinayətkar qrupa hökm oxunub.
Realpress.az Rusiya mediasına istinadən xəbər verir ki, Telman Vəliyev, İsa Əbilov, İlkin Əbilov, Mixail Allahverənov, Asim Abbasov, Maskal Vidak, Denis Qayov, Emil İgidov, Xıdır Hacıyev, Eduard Trakslel, Orxan Muradov və Roman Lenkov quldurluq və soyğunçuluq, qanunsuz silah alveri, yaşayış yerinin toxunulmazlığının pozulması və qəsdən sağlamlığa orta dərəcədə zərər vurmada ittiham ediliblər.
Məhkəmənin çıxardığı hökm belə olub: İsa (9 il) və İlkin (8,5 il) Əbilov qardaşları cəzalarını ciddi rejimli cəzaçəkmə koloniyasında çəkəcəklər.
Vəliyev 8 il, Allahverənov 6 il, Abbasov 4,5 il, Vidak 3,5 il, Gayov 3 il, İgidov 3 il, Hacıyev 4 il, Traksel 4,5 il, Muradov 4 il, Lenkov 4,5 il müddətində azadlıqdan məhrum olunublar. Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkəcəklər.
Cinayətkar dəstənin başçısı Telman Vəliyev 4 avqust 2016-cı ildə həbs olunub. Vəliyevin bandası 2016-cı ildə Türkiyədə güllələnmiş “qanuni oğru” Rövşən Caniyevin (Lənkəranski) idarəsi altında olub.
Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.
Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb.
Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.