Smartfon öskürəyə görə xəstəliyin xüsusiyyətlərini müəyyənləşdirəcək

Smartfon öskürəyə görə xəstəliyin xüsusiyyətlərini müəyyənləşdirəcək
11 İyun 2019 16:30

Kvinslends Universitetinin mütəxəssisləri tərəfindən smartfon üçün hazırlanmış proqram vasitəsilə pasiyentdə tənəffüs yolları xəstəliyinin tipini tez bir şəkildə müəyyənləşdirmək mümkündür.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, proqrama inteqrasiya edilmiş neyroşəbəkə səs vasitəsilə öskürəyin tipini təhlil edir. Bu halda real pediatrlar da eyni əlamətlər üzrə diaqnoz qoyurlar, yalnız sözügedən xidmət nadir halları və qeyri-adi öskürək tembrlərini nəzərə ala biləcək.

 

Kliniki sınaqlar zamanı diaqnozun dəqiqliyi 97%-dək təşkil edib. Alimlərin qənaətincə, texnologiya milyonlarla pasiyent üçün xəstəliklərin erkən diaqnostikasını dəyişdirə biləcək.

 

Proqramın tərtibatçıları belə hesab edirlər ki, sözügedən xidmət təcili tibbi yardımdan istifadə edə bilməyən regionların sakinlərinə kömək edəcək.

Realpress.az


25 İyun 2019
Maraqlı

Sən demə, qarğıdalını səhv bişiririk - QAYDA/VİDEO

Bugünədək qarğıdalını yanlış bişirdiyinizi bilirdinizmi?

24 İyun 2019
Maraqlı

23 yaşında ölən oğlanın orqanları xəstələrə köçürüləcək - VƏSİYYƏT EDİB

Türkiyədə 23 yaşında vəfat edən gəncin orqanları ehtiyacı olan xəstələrə köçürüləcək.

24 İyun 2019
Maraqlı

Marsda canlı həyat tapıldı - NASA alimləri etiraf etdi

Marsın səthində yüksək səviyyədə metan qazının ayrılması planetdə mikro orqanizmlərin olmasından xəbər verir.

24 İyun 2019
Maraqlı

“Bu ölkə tezliklə məhv olacaq” — Vanqanın yeni öncəgörməsi üzə çıxdı

Rusiya mətbuatında bolqar falçı Vanqanın öncəgörməsi barədə məlumat üzə çıxıb.