Bakıda gənc qadın itkin düşüb.
Realpress.az Trend-ə istinadən xəbər verir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, H.Z.Tağıyev küçəsində yaşayan Vəliyev Niyazi Alı oğlu polisə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan həyat yoldaşı, 1993-cü il təvəllüdlü Yarıyeva Pərvanə Firudin qızı iyunun 7-də səhər saat 9 radələrində yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb.
Məlumatda bildirilir ki, P.Yarıyeva həmin gün Sabunçu rayonu, Pirşağı qəsəbəsi, "Qızıl Qum" çimərliyində olub.
Faktla bağlı araşdırma aparılır.
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olunub.
Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.