Qadınlar bu simptomlara mütləq fikir verməlidir! Kardioloqlardan xəbərdarlıq

Qadınlar bu simptomlara mütləq fikir verməlidir! Kardioloqlardan xəbərdarlıq
13 İyun 2019 11:29

Qadınlarda ürək tutması kəskin simptonlar olmadan baş verir, xəstələr isə kiçik naxoşluqlara məhəl qoymağa meylli deyil. Amma bu, ölümcül təhlükəli ola bilər.

Realpress.az Publika.Az-a istinadla xəbər verir ki, amerikalı kardioloqlar qadınları ürək xəstəliklərinə daha diqqətli olmağa səsləyib. Həkimlər qeyd edib ki, qadınlarda ürək tutmaları kişilərdəki kimi intensiv deyil. Odur ki, qadınlar ölümcül ola biləcək simptomlara məhəl qoymur.

Kardioloqların sözlərinə görə, adi hərəkətlərin yerinə yetirilməsində təngənəfəslik yaranırsa, diqqətli olmaq lazımdır. Xüsusilə təngənəfəslik simptomlarını yüksək təzyiq və beldə ağrılar müşayiət edirsə, vəziyyət ciddidir.

Çiyinlərdə, boyunda, sol əldə, boğazda və çənədə ağrı ürək tutmalarının əlamətləri ola bilər. Əgər belə naxoşluq üçün başqa səbəb yoxdursa, həkimə müraciət etməyə tələsin. Xüsusilə dinc vəziyyətdə nəbzin artıması, başgicəllənmə, ürək bulanması kimi hallar baş verirsə.

Xroniki yorğunluq, sinədə ağrı və təzyiqin qalmxmasını hiss edirsinizsə, səbəbsiz həyəcanlanırsınızsa, müayinədən keçməyə dəyər. Adətən qadınlarda ürək problemi klimaks və menopauzadan sonra başlayır.



19 Avq 2019
Səhiyyə - Sağlamlıq

YAY AYLARINDA DİAREYA.

Beləliklə, çoxdan gözlənilən yay gəldi - məzuniyyət vaxtı, digər ölkələrə səyahət, təbiətin qoynunda dincəlmək, dəniz və hovuzda çimmək, günün altında qaralmaq... Ancaq belə bir dövrdə, müsbət və unudulmaz təəssüratların xaricində, məzuniyyətinizi poza biləcək bəzi çətinlikləri yadda saxlamaq lazımdır. Onlardan biri diareyadır.

19 Avq 2019
Səhiyyə - Sağlamlıq

Burunla nəfəs almırsınız?

Burun tutulması - bu sərbəst xəstəlik deyil, adətən başqa xəstəliklərin əlamətidir. 

9 Avq 2019
Səhiyyə - Sağlamlıq

YAY AYLARINDA DİAREYA.

Beləliklə, çoxdan gözlənilən yay gəldi - məzuniyyət vaxtı, digər ölkələrə səyahət, təbiətin qoynunda dincəlmək, dəniz və hovuzda çimmək, günün altında qaralmaq... Ancaq belə bir dövrdə, müsbət və unudulmaz təəssüratların xaricində, məzuniyyətinizi poza biləcək bəzi çətinlikləri yadda saxlamaq lazımdır. Onlardan biri diareyadır.

9 Avq 2019
Səhiyyə - Sağlamlıq

Stomatoloqdan diş çöpü XƏBƏRDARLIĞI

Türkiyəli stomatoloq Alper Dilek diş çöplərinin dişlərə vurduğu zərərlərdən danışıb.

6 Avq 2019
Səhiyyə - Sağlamlıq

İSHAL - YARANMA SƏBƏBLƏRİ VƏ MÜALİCƏ YOLLARI.

İshal (diareya) - bağırsağın ən çox yayılmış problemlərindən biridir. 1 yaşdan böyük uşaqlarda və böyüklərdə gün ərzində 3 dəfədən çox sulu və tezləşmiş nəcis ifrazı ishal hesab edilir.