Jurnalistin həyat yoldaşı və qızının intiharı ilə bağlı cinayət işi başlandı

Jurnalistin həyat yoldaşı və qızının intiharı ilə bağlı cinayət işi başlandı
14 İyun 2019 16:55

Bakı şəhər Prokurorluğu paytaxtda jurnalistin həyat yoldaşı və qızının intiharı ilə bağlı məlumat yayıb.

Realpress.az bildirir ki, prokurorluqdan Trend-ə verilən məlumatda bildirilir ki, iyunun 14-də paytaxtın Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsində yerləşən yaşayış binalarının birində 10-cu mərtəbədə yerləşən mənzildə yaşayan 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə və onun qızı 1990-cı il təvəllüdlü Mahmudova Xədicənin özlərini yaşadıqları mənzilin pəncərəsindən yerə ataraq intihar etmələri faktı üzrə Yasamal rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb ekspertizaları təyin edilmiş və hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, intihar edən R.Allahverdiyeva "Respublika" qəzetinin baş redaktorunun müavini İsmayıl Allahverdiyevin həyat yoldaşı, X.Mahmudova isə qızıdır.



26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.