Bakıda üç məzun dənizdə boğuldu - YENİLƏNİB + VİDEO

Bakıda üç məzun dənizdə boğuldu - YENİLƏNİB + VİDEO
15 İyun 2019 08:53


Buzovna çimərliyində boğulan 3 məzunun adları məlum olub. 

realpress.az-ın əldə etdiyi məlumata görə, boğulma təhlükəsi ilə üzləşənlər - Bakı şəhər Sabunçu rayonu, Qaraçuxur qəsəbə sakinləri 2001-ci il təvəllüdlü Həsənov Elvin İlqar oğlu və 2002-ci il təvəllüdlü Dadaşov Orxan Elçin oğludur. Onların həyatını xilas etmək mümkün olub.

Xilasedicilərin axtarışları nəticəsində isə saat 19:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbə sakini 2002-ci il təvəllüdlü Səmədov Rəhim Rasim oğlunun cəsədi batdığı yerdən 150 metr aralıda tapılıb. 

Meyit aidiyyəti üzrə təhvil verilib.

20:13

Buzovna çimərliyində üç məzunun dənizdə boğulması barədə məlumat vermişdik.

 realpress.az-ın əldə etdiyi məlumata görə, suda boğulan gənclərdən birinin meyiti tapılıb. Ölən gəncin adının Rəhim olduğu bildirilir.

19:31

Buzovna çimərliyində üç nəfər dənizdə boğulub.

realpress.az xəbər verir ki, həmin şəxslər 11-ci sinif məzunları olub.

Məzunlardan ikisi xilas edilib. Əraziyə cəlb olunan xilasedicilər digərinin axtarışını davam etdirirlər.

Oğlanların Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 146 saylı məktəbin məzunları olduğunu bildirilir.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Buzovnada çimərlikdə boğulma hadisəsi ilə bağlı çağırış olub:

“Hadisə yerinə təcili yardım briqadası cəlb edilib. İki nəfər sudan çıxarılıb . Onlara yerindəcə ilkin yardım edilib. Vəziyyətləri yaxşıdır. Bir nəfərin axtarışları davam edir”.

26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.