DİQQƏT: qaynar çay bu xəstəliyə səbəb olur – HƏR İL MİNLƏRLƏ İNSANI ÖLDÜRÜR

DİQQƏT: qaynar çay bu xəstəliyə səbəb olur – HƏR İL MİNLƏRLƏ İNSANI ÖLDÜRÜR
19 İyun 2019 09:24

Ölkəmizdə sevilərək içilən içkilərdən birincisi məhz çaydır. Yay-qış demədən qaynar-qaynar pürrəngi çaya heç kim yox deyə bilmir.

Bu dəfə oxucularımızı süfrəmizin bəzəyi qara çay haqqında haqqında məlumatlandıracağıq.

Realpress.az Medicina.az-a istinadla çay haqqında faydalı  məlumatları təqdim edir.

Heç bir içki tək başına arıqlatmadığı kimi, çay da tək içildikdə kilo almağa səbəb olmur. Lakin hər şeydə olduğu kimi çayın da çox içilməsi artıq çəki almağa gətirib çıxardır. Qara çayı şəkərsiz içməyiniz məsləhətdir.

Gündə 200 mq. ilə 4-5 dəqiqə dəmlənmiş qara çayın orqanizmə müsbət təsiri var. Yemək yedikdən 1 saat sonra çay içmək həzm sistemini yaxşılaşdırır, eyni zamanda kilonuzun artmasına mane olur.

Maddələr mübadiləsini sürətləndirir, orqanizmdəki sərbəst radikalları təmizləyir. Vücudu toksiki maddələrdən təmizləyir, enerji səviyyəsini yüksək tutur. Qanda şəkəri nizamlayır, aclıq hissinə mane olur.

Hər gün müəyyən miqdar çay içmək arıqlamağa kömək edir. Lakin bu istiqamətdə yaşıl çay daha effektivlidir. Çayı qəndlə içən insanlara bu vərdişlərindən xilas olmaq çətin gəlir. 2 ədəd qara üzüm qurusu kifayət edir ki, eyni sayda qəndə əvəz olsun. Bu üsul az kalorilidir.

Lakin nəzərə almaq lazımdır ki, çayı qaynar deyil, ilıq halda içmək lazımdır. Araşdırmalar onu göstərir ki, əgər çay udduğunuzda narahatlıq verirsə, yəni həddindən artıq qaynardırsa, siqaretin vurduğu ziyana bərabərdir. Bu, qida borusu xərçəngi riskini 5 qat artırır. Bu xəçəng növü dünya miqyasında ən çox yayılan xəstəliklərdəndir. Qida borusu xərçəngindən hər il minlərlə insan həyatını itirir.


22 İyul 2019
Səhiyyə - Sağlamlıq

SAĞLAM HƏYAT ÜÇÜN C VİTAMİNİ NƏ DƏRƏCƏDƏ ƏHƏMİYYƏTLİDİR!

Vitaminlər insan orqanizmi üçün olduqca vacib birləşmələr olub, qidamızın zəruri hissəsidir. Vitaminlər içərisində xüsusi əhəmiyyətə malik olan biri də, C vitaminidir (askorbin turşusu).

22 İyul 2019
Səhiyyə - Sağlamlıq

Daun sindromu. Ən çox rast gəlinən xromosomal anomaliya

İlk dəfə 1866-cı ildə John Langdon Down tərəfindən təsvir edilmişdir.

19 İyul 2019
Səhiyyə - Sağlamlıq

KİPRİK DEMODEKOZUNUN MÜALİCƏSİ

Realpress.az Aptekonline.az-a istinadla bildirir ki,yay mövsümündə isti və təmiz hava, eləcə də vitaminlərlə zəngin təbii meyvə-tərəvəzlər sağlamlıq və yaxşı əhval-ruhiyyə ilə assosiasiya olunur. Lakin yay fəsli özünü bir çox ciddi,mövsümü xəstəliklərlə də biruzə verir.

19 İyul 2019
Səhiyyə - Sağlamlıq

Böyrəklərə zərər verən 7 vərdiş - MÜTLƏQ OXUYUN! / Video

Böyrəklərimizin imkanlarından sadəcə 20%-ni istifadə edərək normal həyat keçirmək olar.

18 İyul 2019
Səhiyyə - Sağlamlıq

Qanı təmizləyən və arıqlamağa kömək edən MEYVƏ

Dadlı, sulu və tərkibi vitaminlərlə zəngin gilas yayın ən sevimli meyvələrindəndir.