Azərbaycanlı aktrisa “Kara Sevda”nın Emiri ilə seriala çəkilir - FOTO

Azərbaycanlı aktrisa “Kara Sevda”nın Emiri ilə seriala çəkilir - FOTO
25 İyun 2019 11:26

Azərbaycanlı aktrisa Könül Nağıyeva Türkiyənin məşhur ulduzu Kaan Urgancıoğlu ilə "Gerçek olamaz" adlı yeni filmdə tərəf müqabili olacaq.

Realpress.az Publika.az-a istinadən xəbər verir ki, sonuncu dəfə "Diriliş Ərtoğrul" serialında güclü və döyüşçü qadın rolu ilə yadda qalan həmyerlimiz bu dəfə drammatik sevgi hekayəsində əsas rolu canlandıracaq.

"Freemind Medya" istehsalı ilə lentə alınan filmin rejissoru Korhan Uğur və Könül Nağıyevadır. Dram janrında çəkilən ekran işinin təqdimat mərasimi bu ilin dekabr ayına planlaşdırılıb.

Qeyd edək ki, ekran işi sazda çalan Leyla adlı gənc qızın faciəli həyat hekayəsindən bəhs edir.

Filmdə Berkay Akın, Cansu Tuman, Tülin Özen , Çetin Sarıkartal və başqaları çəkilib. İnstaqramda yayılan kadr arxası görüntüləri təqdim edirik.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.