Sərbəst güləş millimiz Avropa Oyunlarında ikinci oldu

Sərbəst güləş millimiz Avropa Oyunlarında ikinci oldu
28 İyun 2019 10:53



Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının sərbəst güləş yarışları başa çatıb.

Realpress.az-ın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, üç gün mübarizə aparan idmançılar altı dəst medalın sahibini müəyyənləşdirib.

Yalnız iki ölkə təmsilçisi çempionluq sevinci yaşayıb. Zəngin sərbəst güləş ənənələrinə malik olan və əksər yarışların qalibi olan Rusiya bu dəfə də hamını qabaqlayıb. Bütün idmançıları medal qazanan şimal qonşularımız dörd çəki dərəcəsində çempionluq yaşayıb.

Rusiyadan başqa, yalnız Azərbaycan güləşçiləri iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ümumilikdə beş mükafat əldə edən təmsilçilərimiz bu idman növündə ikinci olub.

Yığmamızın heyətində Mahir Əmiraslanov (-57 kq) və Hacı Əliyev (-65 kq) qızıl, Nurməhəmməd Hacıyev (-97 kq) gümüş, Hacımurad Hacıyev (-74 kq) və Camaləddin Məhəmmədov (-125 kq) bürünc medal əldə edib. Yalnız Aleksandr Qostiyev (-86 kq) yarışı mükafatsız bitirib.

Gürcüstan millisi Belarusda dörd mükafat qazanaraq üçüncü olub. Qonşularımız iki gümüş və iki bürünc əldə ediblər.

Ümumilikdə isə 24 medalı doqquz ölkədən olan idmançılar qazanıb.

Qeyd edək ki, 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarında sərbəst güləşdə səkkiz dəst medal sahibini tapmışdı. İlk “üçlük” indiki kimi olmuşdu. Millimiz həmin vaxt iki qızıl və dörd bürünc medal qazanmışdı.


15 İyul 2019
İdman

Bakıdakı mötəbər yarışda 132 qızıl medal sahibini tapacaq

Bakıdakı mötəbər yarışda 132 qızıl medal sahibini tapacaq

12 İyul 2019
İdman

Tayson: Nurməhəmmədova qalib gəlmək Makqreqorun başı üçün deyil

Tayson: Nurməhəmmədova qalib gəlmək Makqreqorun başı üçün deyil

12 İyul 2019
İdman

Avropa Liqasında gecənin bütün nəticələri

Futbol üzrə Avropa Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları keçirilib.

12 İyul 2019
İdman

“Neftçi”nin baş məşqçisi: Mərhələni keçdiyimizi düşünsək, böyük səhv etmiş olarıq

“Neftçi”nin baş məşqçisi: Mərhələni keçdiyimizi düşünsək, böyük səhv etmiş olarıq