Ev şəraitində DABAN ÇATLARInın müalicəsi

Ev şəraitində DABAN ÇATLARInın müalicəsi
04 İyul 2019 15:22

Daban çatları həm kosmetik qüsur yaradır, həm də ağrılara səbəb olur.

Realpress.az Saglamolun.az-a istinadla belə çatları ev şəraitində  müalicə etmək üçün çox sadə vasitəni təqdim edir.  Bu naşatır spirti ilə qliserinin qarışığıdır (hər ikisi apteklərdə çox ucuz qiymətə satılır).

Ayaqlarınıza isti vanna edin. Suya sabun və soda əlavə edin. Dəri yumşalandan sonra daban daşı ilə yaxşı təmizləyin.  

Naşatır spirti ilə qliserini qarışdırın (vasitələr eyni miqdarda götürülür). Hazır qarışığı soyuducuda saxlayın.

Qarışıqda tənzif isladın, dabanların üzərinə qoyun, üzərini polietilenlə bağlayın və pambıq corab geyinin. Bunu axşamdan edin. Səhər kompresi götürün, ayaqlarınızı yuyun, daban daşı ilə təmizləyin.

Bu prosedurları 3-4 gün ərzində etdikdən sonra çatlar adətən sağalır.

Çatlar çox dərindirsə, bu resept kömək etməyə bilər.   


15 İyul 2019
Maraqlı

“Hercai”nin Reyyanı: “Təbiiliyimi itirməmişəm”

"Hercai" serialının Reyyanı Ebru Şahin Nişantaşıda alış-veriş zamanı kameralara yaxalanıb.

15 İyul 2019
Maraqlı

Neçə saat yatmalıyıq?

İnsan orta hesabla yeddi-səkkiz saat yatmalıdır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə həkim-somnoloq Aleksandr Palman "RT" agentliyinə deyib.

12 İyul 2019
Maraqlı

Bu asteroidlər planetimizlə toqquşa bilər - Alimlərdən XƏBƏRDARLIQ

Avropa Kosmik Agentliyi planetimizlə toqquşa biləcək dörd asteroidin adını çəkib.