“Android 9.0 Pie” sistemli yeni “Samsung” planşeti təqdim olunub

“Android 9.0 Pie” sistemli yeni “Samsung” planşeti təqdim olunub
09 İyul 2019 10:50

“Samsung” şirkəti metal korpus, iki dinamik və 5100 milliamper/saat tutumlu akkumulyator batareyası ilə təchiz olunan “Galaxy Tab A” (2019) (SM-T290) planşet kompüterini təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm www.dailycomm.ru” resursuna istinadən yazır ki, 8 düym diaqonala malik ekran 1280 х 800 piksel təsvir ölçüsü, 16:10 tərəf nisbəti və TFT matrisası ilə xarakterizə edilir. Ön paneldə fiziki düymələrin quraşdırılmaması ekranın əhatə dairəsini genişləndirməyə imkan verib.
 
Yeni qurğu 2 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 429” prosessoru, “Adreno 504” qrafik sürətləndiricisi, 2 giqabaytlıq operativ və 32 giqabaytlıq quraşdırılmış yaddaş ilə təchiz olunub. Bundan başqa, 512 giqabayt tutumlu “microSD” yaddaş kartından istifadə mümkündür.
 
Əsas kameranın təsvir ölçüsü 8 meqapiksel, ön kameranın isə 2 meqapiksel təşkil edir. Qalınlığı 8 mm təşkil edən qurğunun çəkisi 345 qrama (LTE rabitəsini dəstəkləməyən versiya) bərabərdir.
 
Yeni model “Samsung” şirkətinin “Android” əməliyyat sisteminin ən yeni versiyası olan “9.0 Pie” ilə işləyən ilk planşetlərindəndir. Planşet “Wi-Fi a/b/g/n” (2,4 və 5 QHs), “Wi-Fi Direct”, “Bluetooth 4.2”, “GPS” və “GLONASS” kimi simsiz rabitə vasitələrini dəstəkləyir.
 
Qara və gümüşü rəngdə satışa çıxarılacaq “Samsung Galaxy Tab A” (2019) planşetinin “LTE” modemini dəstəkləməyən versiyasının qiyməti 158 dollar təşkil edəcək.
 
Qurğunun satışlarına iyulun 12-dən etibarən başlamaq nəzərdə tutulur.
 

Realpress.az


15 İyul 2019
İT

Vilayət Eyvazov 41 gəncə vəzifə verdi - Püşkatma yolu ilə

Vilayət Eyvazov 41 gəncə vəzifə verdi - Püşkatma yolu ilə

15 İyul 2019
İT

“Microsoft” qeyri-aktiv hesabları ləğv edəcək

“Microsoft” korporasiyası qeyri-aktiv hesabları ləğv etməyə başlayacaq. Bu barədə ABŞ korporasiyasının rəsmi saytında deyilir.

15 İyul 2019
İT

Fərdi kompüterlərin qlobal tədarükü 5 faiz artıb

Cari ilin ikinci rübündə dünyada ənənəvi fərdi kompüterlərin tədarük həcmi 4,7 faiz artaraq 64,9 milyon ədədə çatıb. Tələbatın yüksəlməsinin səbəblərindən biri “ticarət müharibələri”nə görə gözlənilən qiymət artımıdır. Bu barədə “International Data Corporation” (IDC) şirkətinin tədqiqatında deyilir.

15 İyul 2019
İT

“Microsoft Word” proqramının “Android” üçün tətbiqi 1 milyard dəfə quraşdırılıb

“Microsoft” korporasiyası bu yaxınlarda öz mobil proqramlarının irəliləyişində əhəmiyyətli göstəriciyə nail olub. “Microsoft Word” proqramının “Android” üçün mobil versiyası 1 milyard dəfə quraşdırılıb. 

15 İyul 2019
İT

“WhatsApp” göndərilmiş şəkli redaktə edəcək

“WhatsApp” messencerinin istifadəçiləri göndərilmiş şəkilləri redaktə edə biləcəklər.