Şahzadə Harri ilə hersoqinya Meqan Markl iki aylıq körpələri - Arçi Harrison Mauntbatter-Vindzoru uzun müddətdən sonra gün işığına çıxarıblar.
Hersoqinya körpəsi və həyat yoldaşı Harri ilə Surrey qraflığında təşkil olunan xeyriyyə matçını izləməyə qatılıb. Media nümayəndələri qucağındakı körpəsinə nəvaziş göstərən Meqanın görüntülərini yayımlayıblar.
Harri ilə Uilyamın polo oyununu isə Keyt Middlton, şahzadələr Corc, Lui və Şarlotta izləyiblər.
Qeyd edək ki, sosial şəbəkə izləyiciləri arasında kral ailəsinin hər bir hərəkəti diqqətlə izlənilir və müzakirə predmetinə çevrilir.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.