“Vito” sürücüsündən təhlükəli hərəkət: sürətli yolda ayağını pəncərədən çıxardı - VİDEO

“Vito” sürücüsündən təhlükəli hərəkət: sürətli yolda ayağını pəncərədən çıxardı - VİDEO
12 İyul 2019 09:38


Azərbaycandakı magistral yollardan birində “Mersedes Vito” markalı avtomobilin sürücüsünün təhlükəli hərəkətləri kameraya düşüb.

Video sosial şəbəkədə paylaşılıb.

99-RB-822 dövlət nömrə nişanlı maşının sürücüsü sürətli yolda ayağını pəncərədən çıxararaq avtomobili idarə edib. Arxadan gələn avtomobildəki şəxs isə bunu lentə alıb. 

Sürücünün bu hərəkətləri sosial şəbəkədə haqlı narazılıqla qarşılanıb. 

Qeyd edək ki, bir neçə gün öncə Bakıdan Lerikə sərnişin daşıyan “Mersedes Vito” markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozması nəticəsində səkkiz nəfər ölüb.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.