İlham Əliyev Şəkidə baş vermiş hadisəni xüsusi nəzarətə götürdü

İlham Əliyev Şəkidə baş vermiş hadisəni xüsusi nəzarətə götürdü
14 İyul 2019 21:18


Şəkidə baş vermiş hadisə və xəsarət alan şəxslərin müalicələri Prezident İlham Əliyevin xüsusi nəzarətindədir.

realpress.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında qeyd olunur.

Bildirilir ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağının qəflətən qırılması nəticəsində həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcilli olaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlara ilkin təcilli-tibbi yardım göstərilib. 4 nəfərin səhhəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Bakı şəhərindən Fövqəladə Hallar Nazirliyinin helikopterləri vasitəsilə Səhiyyə Nazirliyinin təcrübəli reanimatoloq, neyrocərrah, travmatoloq və digər həkimlər Şəki rayonuna göndərilib. Eyni zamanda, baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət nazirliklərinin və Baş Prokurorluğun məsul şəxsləri Şəki şəhərinə ezam olunublar.

Hadisə ilə əlaqədar Baş Prokurorluğun 492 55 40, FHN-in 112 və Səhiyyə Nazirliyinin 498 78 46 saylı qaynar xətt əlaqə mərkəzləri yaradılıb.

Baş vermiş hadisə və xəsarət alan şəxslərin müalicələri dövlət başçısının xüsusi nəzarətindədir.

Hadisənin baş vermə səbəbləri ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

8 May 2024
Siyasət

Kamaləddin Qafarov: “Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilirlər”

“Azərbaycan ilə Slovakiya Respublikası arasında diplomatik əlaqələr 1993-cü ildə yaradılsa da, ikitərəfli münasibətlərin genişlənməsində Prezident İlham Əliyevin bu ölkəyə 2004-cü ildə etdiyi işgüzar səfər böyük rol oynayıb.

8 May 2024
Siyasət

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər.

8 May 2024
Siyasət

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb - YENİLƏNİB + FOTO

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin iştirakı ilə Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimi olub.

8 May 2024
Siyasət

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB - FOTO

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşü keçirilib.

8 May 2024
Siyasət

Elçin Əmirbəyov İsrail XİN-in direktoru ilə görüşüb - FOTO

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İsrail Xarici İşlər Nazirliyinin (XİN) siyasi direktoru Aliza Bin Noun ilə Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti də müzakirə edib.